İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.08.2023  11:43 

Bakıda Özbəkistan Mədəniyyəti Günləri... - Fotolar





A+  A-

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 1-də Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib.

XəzərNews.az xəbər verir ki, əvvəlcə mədəniyyət naziri Adil Kərimli Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluğunu bildirərək, bunun iki qardaş ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Nazir çıxışında qeyd edib ki, Özbəkistan Mədəniyyəti Günlərinin xüsusi özəlliyi var. Özbəkistan musiqiçiləri, sənətçiləri ölkəmizə 200 nəfərdən çox yaradıcı kollektivlə təşrif buyurublar və zəngin özbək mədəniyyətinin incilərini dörd gün ərzində təqdim edəcəklər.

Sonra Özbəkistanın mədəniyyət naziri, bu ölkənin Xalq artisti Ozodbek Nazarbekov səmimi qəbula və Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsində dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Xalqlarımızı çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolunun birləşdirdiyini vurğulayan nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində hər iki ölkə başçısının səmimi dostluq münasibətlərinin mühüm rolu vardır.

Daha sonra Özbəkistan Dövlət Simfonik Orkestrinin müşayiətində Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Proqramda milli, həmçinin klassik əsərlərdən nümunələr səsləndirilib.

Qeyd edək ki, konsertdən əvvəl nazir Ozodbek Nazarbekovun rəhbərliyi ilə nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını da ziyarət ediblər. Avqustun 1-dən 4-dək Bakıda Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyət günləri çərçivəsində həyata keçirilən böyük konsert proqramı ilə yanaşı, növbəti günlərdə teatr tamaşalarının nümayişi, kitab sərgisinin açılışı və digər maraqlı tədbirlər nəzərdə tutulub.







Xəbər 550 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +