İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.11.2022  19:49 

Azərbaycanlı şair Fransa Senatına şeirlə etiraz etdi





A+  A-

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Elşad Barat Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi Qətnamyə etiraz əlaməti olaraq şeirlə cavab verib.

XəzərNews.az sosial şəbəkələrdə maraqla qarşılanan həmin şeiri təqdim edir:

Yenə yanlış anlayır,
Doğru-düzgün həyatı,
Haqsız qərarlar verir,
Fransanın senatı.

Tarix boyu verdiyi,
Qərarları can alar,
Erməni yalanına,
Şərik olan tulalar.

Bu qoduqlar hamısı,
Terrorun dilidilər,
Qadın qatilidilər,
Uşaq qatilidilər.

Hardadır Amerika,
Hardadır Almaniya?
Niyə cavab verməyir,
Bu bir sürü caniyə?

Terrora "hə" deyənlər,
Dünyanın düşmənidir,
Bu fransız xalqının,
Atası ermənidir.

Baxın tarixinizə,
Nələr yaratmısınız?
Dünyanın ilk topuyla,
Qala partlatmısınız.

Minlərlə ingilisin,
Canın alan Fransa,
Bir əsirlik savaşda,
Məğlub olan Fransa.

Sənin məğlubiyyətin,
Haqsızlığından çıxır,
Aç tarix kitabını,
Hər səhifədən qan çıxır.

Tarix boyu tarixin,
Ələyindən ələndin,
Haqsız olduğun üçün,
Öz qanına bələndin.

Yenə də hamı gördü,
Sənin ədalətini.
Kiminləsə səhv salma,
Böyük türk millətini.

Ağlını başına yığ,
Bağla bu kitabı da,
Təpənə dəysin sənin,
Fransız şərabı da.

16 noyabr, 2022-ci il
Elşad Barat


Xəbər 986 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +