İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.06.2022  19:56 

“Həbsxanaya düşərsən, səni sındırıb atarlar bir küncə...“





A+  A-

"Mən jarqonla, "tirpaş", əzilə-əzilə danışanları eşidəndə əsəbləşirəm. Mən o oğulların içərisindən çıxmışam ki, onlar adamı dişində aparar. İndi çoxusu rəhmətə gedib".

XəzərNews.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov siqaret çəkən bir gəncə müraciətində deyib. Müğənni bildirib ki, onu videoya çəkməsəydi, davranışından dolayı həmin gəncin qulağını burardı:

"Yaxşı, sən uşaq ola-ola gəlib danışırsan. Bax gör kimin yanındasan, ətrafındasan. Yəni mən özüm o şəraitdə böyüyən adam olmuşam. O cür "kruq"larda olan adam olmuşam. O oğlanlar ki, hərəsi bir hörmətin sahibi idilər. Mən sənin siqaret çəkməyinə güc gələ bilmərəm. Deyə bilmərəm ki, çəkmə. Çəkirsən, amma səhv edirsən. Adam özündən böyüyün yanında çəkməz, özündən böyüyün yanında danışanda ədəb-ərkanla davranar, danışığına fikir verər. Bir özünü düzəlt. Siqareti qoymusan damağına. Həbsxanaya düşərsən, səni sındırıb atarlar bir küncə, oralarda qalarsan. Sən Cavanşir əmiyə rast gəlmisən deyə, xətrinə dəymirəm. Yəqin ki, çəkiliş olmasaydı, qulağını burardım" - o söyləyib.

Xəbər 1108 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +