İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.05.2022  15:50 

Keçmiş nazir Yavər Camalovun oğlunun Moskvada milyonluq əmlakı - Foto





A+  A-

Keçmiş müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun oğlu Rəşad Camalov Moskvanın elit "River House" Yaşayış Kompleksində (Na Savvinskoy) ümumi dəyəri 550 milyon rubl (8 milyon dollara yaxın) 4 mənzil alıb.

XəzərNews.az xəbər verir ki, xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.

Cavanşir Həsənli yazır ki, Rəşad Camalov eyni zamanda "Şvedskiy tupik" 3 ünvanında dəyəri 400 milyon rubl (təxminən 6.5 milyon dollara yaxın) olan lüks mənzilə, Veresaeva küçəsində 190 kv. metrlik mənzilə, "Semyonovsk" metrosu yaxınlığında 600 kv. metrlik obyektə və Novoçermuşinsk küçəsində 773 kv. metrlik "Pyateroçka" supermarketə sahibdi:



"Rəşad Camalov 2020-ci il Milli Məclisin deputatlığına namizədliyini vermişdi, lakin ikili vətəndaşlığı olduğu haqqında məlumat ortaya çıxınca MSK onun namizədliyini ləğv etmişdi.

Mərhum nazirin oğlu Rusiya vətəndaşlığını təsbit edən pasportunu 2006-cı ildə Orexovo-Zuevo Daxili İşlər İdarəsindən alıb. Bildiyimə görə DTX-dakı vəzifəsindən də (Beynəlxalq Antiterror Mərkəzinin rəisi) azad edilib və işindən uzaqlaşdırılıb.



Bundan 4 ay sonra isə Yavər Camalovun qudası, Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov vəzifəsindən kənarlaşdırılıb.

Əmisi Mərdan Camalov hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır".



Xəbər 7120 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +