İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.01.2021  11:56 

Şahin Mustafayev erməni həmkarı ilə görüşəcək - Tarix açıqlandı





A+  A-

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirəsi məqsədilə yanvarın 27-də Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin Moskvada görüşünün keçirilməsi planlaşdırılır.
XəzərNews.az xəbər verir ki, bu barədə “RBC” telekanalı üç ölkənin hökumət mənbələrinə istinadən məlumat verib. Danışıqlarda Azərbaycan tərəfdən Şahin Mustafayev, Rusiya tərəfdən Aleksey Overçuk, Ermənistan tərəfdən Mher Qriqoryan iştirak edəcək.

Formatın əsas məqsədi bölgədəki nəqliyyat əlaqələrini tamamilə aktivləşdirilməsi üçün nəyin tikilməli və ya bərpa edilməli olduğunu müəyyənləşdirməkdir.

Qeyd edək ki, sözügedən danışıq formatının yaradılması barədə Dağlıq Qarabağda müharibə bitdikdən sonra yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan ilk görüşdə razılığa gəlinib.

Baş nazir müavinləri bir neçə mümkün layihəni, xüsusən ilk növbədə Ermənistan ərazisi ilə Azərbaycan və Naxçıvanı, habelə Ermənistan və Rusiyanı birləşdirəcək dəmir yollarının tikintisini müzakirə edəcəklər. Hazırda Azərbaycanın Naxçıvanla əlaqə yaratmaq üçün yalnız hava əlaqəsi mövcuddur. Rusiyadan olan diplomatik mənbənin “RBC”yə verdiyi məlumata görə, digər məsələlərlə yanaşı, Bakı orada magistral yolun inşasına nail olmaq istəyir. Bunun müqabilində isə Ermənistan Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcək.

Bildirilib ki, Azərbaycan artıq öz ərazisində dəmir yolunun bir hissəsinin tikintisinə başlayıb. Xatırladılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın sonunda verdiyi bir açıqlamada Horadizdən Ermənistanla sərhəd olan Zəngilana xəttin çəkilməsi üçün ölkəyə ən çox iki il vaxt lazım olduğunu bildirib.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin yanvarın 11-də keçirilmiş görüşündə əldə edilən razılığa görə, hər üç ölkənin işçi qrupları layihələrin reallaşdırılması üçün martın 1-dək görüləcək işlər barədə siyahı və cədvəl təqdim etməlidirlər.

Xəbər 2316 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +