“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


19.02.2020  11:20 

“Bu villaları qəbirə apara bilmiriksə...” - Elza Manafa qarşı





A+  A-

Əməkdar artist Elza Seyidcahan dünən ARB TV-nin efirində müğənni Manaf Ağayevin müzakirələrə səbəb olan açıqlamasına münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, sənətçi instaqramda Manafın “bizə çörək lazımdır, musiqi əsəri yox” sözlərinə etiraz edərək kədərləndiyini qeyd edib: “Biri var bir qarınlıq, biri də var ki, ümumbəşəri çörək. “Bizə çörək lazımdır, əsər yox”. Vay-vay-vay... Çox ağladım. Çünki belə ucuz sözlərlə klassik-milli musiqi ənənələrimizi məhv etmirikmi? Efir əlimizdədir deyə çıxışlarımızda çox ehtiyatlı davranmalı deyilikmi? Axı efir gələcəyimiz, gənclərimiz, balalarımız üçün əsas nümunədir.

Çünki ulularımız, dahilərimizin əzab-əziyyətlə, bir qarınları tox, bir qarınları ac ola-ola xalqımız üçün yaratdıqları gözəl sənət məbədlərini uçuruma yuvarlayıb bədxahlara satmırsınızmı? Yediyimiz bir qarın çörəyi qarnımızda saxlaya bilmiriksə, aldığımız bu villaları, bahalı maşınları, zinət əşyalarını qəbirə apara bilmiriksə, o zaman qarnımız üçün yox, ululardan bizə qalan qiymətli mirası bir qarın çörəyə satmağa dəyərmi?! İndi siz deyin! Bizə bir qarın çörək lazımdır, yoxsa əsər? Ac qarnıma o qədər gözəl əsərlər bəstələmişəm ki, hələ də, o əsərlərim nəslimin, gələcəyimin qarnını doydurur, doyduracaq da.

Fikrət Əmirovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Tahir Əkbərin, Faiq Nağıyevin, Firəngiz Əlizadənin, Xəyyam Mirzəzadənin, Aqşin Əlizadənin simfonik əsərləri, Nadir Əzimovun vağzalı balladası hələ çox gəlinləri, anaları, musiqiçiləri duyğulandırıb, kövrəldib, xoşbəxt edib qidalandıracaq.

Baxın, əsl çörək budur. Əsərimiz varsa, ümumbəşəri çörəyimiz də var”.



Xəbər 1539 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +