“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


15.11.2019  13:03 

“Azəriqaz” smart tipli sayğac quraşdırmağı dayandırdı





A+  A-

“Azəriqaz” İstehsalat Birliyinin yeni baş direktoru Ruslan Əliyev yeni nəsil smart tipli sayğaclardan imtina barədə qərar verib.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, “Azəriqaz” rəhbəri tərəfindən vətəndaşlardan daxil olan müraciətlər arasında balans artırmada problemlərin yaşandığı, kartların tez-tez bloka düşdüyünə dair şikayətlərin çoxluq təşkil etdiyi, həmçinin şirkətin maliyyə durumu nəzərə alınaraq, belə bir qərar verildiyi bildirilir.

Məlum olub ki, 2018-ci ildə sifariş verilən “İTRON” şirkətinə məxsus yeni nəsil sayğaclarda həm də bir sıra problemlər meydana çıxıb. Buna görə də bir müddət əvvəl start verilən kütləvi sayğac dəyişdirilməsi dayandırılıb. Və əvvəllər istifadə edilən, vətəndaşların fasiləsiz qaz təminatında problemə səbəb olmayan mexaniki sayğacların sifariş verilməsi barədə qərar qəbul olunub.

Mexaniki sayğacların xüsusiyyətinə görə, hər hansı texniki səbəbdən abonentlərin qaz təminatı dayandırılıb yenidən bərpa edildikdə, kartın bloka düşməsi kimi problem yaranmır.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov faktı təsdiqləyib. C.Səfərov bildirib ki, şirkətin maliyyə vəziyyəti nəzərə alınaraq, smart tipli sayğacların alışının azaldılması barədə qərar verilib:

“Mexaniki sayğaclarda abonent sərfiyyata görə ödəniş edir. Hər ay abonentə qaz sərfiyyatı barədə bildiriş verilir və o, ödənişini edir. Hesab edirik ki, bundan sonra quraşdırılacaq mexaniki sayğaclarda hər hansı narazılıq yaranmayacaq. Bu zaman həm də vətəndaş balansına pul yükləyə bilmədiyinə görə qazsız qalmayacaq.

Ola bilər ki, sonrakı mərhələlərdə şirkət daha sərfəli və yeni nəsil sayğaclar təklif etsin. Təbii ki, biz bu təklifləri dəyərləndirəcəyik”.

Xəbər 1372 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +