“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


04.02.2018  15:43 

Karateçilərimiz medalların sayını dördə çatdırdı





A+  A-

Azərbaycan karateçiləri Yeniyetmə və Gənclərin Avropa çempionatında medalların sayını dördə çatdırıblar.
Azərbaycan Karate Federasiyasından XəzərNews.az-a verilən məlumata görə, Rusyanın Soçi şəhərində baş tutan yarışın ikinci günü 16-18 yaşlı gənclər seçmə komandasının üzvü Hümmət Baxşəliyev (-61 kq) qızıl medal qazanıb.

Yeniyetmələrdə avropa üçüncüsü, hazırkı yaş qrupunda isə dünya ikincisi olan H.Baxşəliyevdən başqa daha bir idmançımız çempionluğunu son saniyədə əldən verib.Rusiyalı idmançı ilə final görüşündə müəmmalı xal itkisi Mədinə Sadıqovaya gənc karyerasının ilk gümüş medalını qazandırıb. İdmançılarmıza medalları Avropa və Dünya Karate Federasiyasının (EKF, WKF) prezidenti Antonio Espinos təqdim edib.

Fevralın 3-də həmçinin qitə çempionatının təntənəli açılış mərasimi keçirilib. Turnirin təşkilatçıları və EKF rəsmiləri çıxış edərək idmançılara uğurlar arzulayıb, Olimpiya idman növü olduqdan sonra karatenin dünyada daha da populyarlaşmasını xüsusi qeyd ediblər. Çıxışların ardından rəsmi tədbir bədii hissə və yarışın final görüşləri ilə davam edib.

Ümumi nəticədə 3 qızıl və 1 gümüş medalla Azərbaycan mükafat qazana bilən 28 ölkə arasında 5-ci yeri tutub. Daha 8 idmançımız yarışın son günü, 4 fevralda mübarizəyə qatılacaq. 18-20 yaşlı gənclər arasında kumite yarışlarında Ülvi Qurbanov (-60 kq), Hüseyn Əliyev (-67 kq), Ruslan Əhmədov (-75 kq), Murad Balakişiyev (-84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq), Fəridə Əliyeva (+67 kq) tatamiyə çıxacaq.

Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edir.

Xəbər 891 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +