“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.08.2017  14:23 

“Şou verilişlərində özümü görmürəm” - Səyyad Əlizadə





A+  A-

Müğənni Səyyad Əlizadə bu günə qədər dəstək olduğu sənətçilər barədə danışıb.
XəzərNews.az xəbər verir ki, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, vaxtı ilə özü dəstək görmədiyi üçün həmkarlarına dəstək olub: “Vallah məndən kim kömək istəyib, köməyimi əsirgəməmişəm. Mətanət İsgəndərli ilə bir duet oxudum, albom çıxardıq. O ondan sonra tanındı. Mənzurə Musayeva, Türkanə xanımla, Şirazi və bir neçələrinə də dəstək olmuşam. Əməyimi danmırlar. Mən gənc olanda tanınmış müğənnilərə yaxınlaşırdım ki, mənə kömək olun, olmurdular. O da mənə bir dərs olurdu. Deyirdim ki, özüm tanınmış olsam, mənə müraciət edənlərə dəstək olacam”.

Müğənni daha sonra bildirib ki, bir çox verilişlərə dəvət alsa da, bundan imtina edir: “Cavan vaxtımda bütün verilişlərə gedirdim, amma indi şou xarakterli verilişlərdə özümü görmürəm. Çünki mənim xarakterim başqa cürdür. Məsələn bir veriliş var idi, müğənninin əllərini də bağlayıb, yuxarıdan başına nəsə tökürdülər. Bu nə deməkdi? Bu nə verilişdi? Kiminsə xoşuna gəlmək üçün qram-qram yığdığımız hörməti bir verilişdə itirək? Bu düzgün deyil, ona görə də belə verilişlərə getməmişəm. Mətbəx verilişlərinə də getmirəm. Çünki heç nə bişirə bilmirəm. Niyə o verilişə getməliyəm ki? Elə verilişlər də var ki, müğənnilərə rol verirlər, deyirlər ki, bu rolu oyna. Mən rola girə bilmirəm. Ona görə də o dəvətlərdən imtina edirəm. Gələn il bu sənətdə olmağımın 40 ili tamam olacaq. Bu günə qədər yığdığım hörməti qoruyub saxlamaq istəyirəm”.

Xəbər 1199 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +