Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


22.01.2024  10:05 

Hər 3 lider Azərbaycanın təklif etdiyi “3+3” formatını dəstəkləyir





A+  A-

2020-ci ildəki Qarabağ savaşından sonra Azərbaycanın regionda yeni təhlükəsizlik və əməkdaşlıq platforması kimi təklif etdiyi “3+3” formatının 3 əsas iştirakçı ölkəsinin – Türkiyə, İran və Rusiya prezidentlərinin önümüzdəki 3 həftə ərzində görüşləri planlaşdırılır.

Əgər növbəti dəfə hər hansı süni müdaxilə və fövqəladə hal yaranmazsa, yanvarın 24-də İran, fevralın 12-də isə Rusiya prezidentinin Türkiyəyə rəsmi səfəri baş tutmalıdır.

Bu görüşlər Türkiyə, İran və Rusiya qədər, Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki Azərbaycan yeganə ölkədir ki, bu 3 tarixi imperiya varislərini bir-birinə bağlayır – hər üçüylə quru sərhəddi mövcuddur, hər üçünün təhlükəsizlik strategiyalarında ən mühüm ölkə kimi nəzərdən keçirilir və hər üçünün Cənubi Qafqaz siyasəti onsuz qurula bilməz.

Elə məhz bu 3 ölkəyə təsir, çıxış və nəzarət imkanlarına görə, məşhur strateq Zbiqnev Bjezinski hələ 1997-ci ildə yazdığı “Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və geostrateji imperativləri” kitabında Azərbaycanı ABŞ-ın Avrasiyada möhkəmlənməsi ən vacib 3 keçmiş sovet respublikasından biri kimi xarakterizə edirdi...

Azərbaycanın təhlükəsizliyi və gələcək inkişafı da xeyli dərəcədə bu 3 qonşusuyla münasibətlərinin xarakterindən asılı olduğundan, son 30 illik acı təcrübəni də nəzərə alaraq, rəsmi Bakı Türkiyənin aşkar dəstəyi ilə 2020-ci ildən sonra həm Rusiya, həm də İranla münasibətlərini tamamilə yeni müstəviyə, yeni mərhələyə keçirməkdə qərarlıdır.

Bu yeni mərhələdə Rusiya və İrana Qərbin gözüylə baxmaq siyasətindən imtina olunur və onlara düşmən yox, regionda sülhün və sabitliyin qorunmasında əməkdaşlıq ediləcək əsas ölkələr kimi yanaşılır.

Şübhəsiz ki, həm İran, həm də Rusiya prezidentlərinin Türkiyəyə rəsmi səfərlərində hər 3 ölkənin birbaşa maraq zonası sayılan Yaxın Şərqdəki vəziyyətlə yanaşı, Cənubi Qafqazdakı durum, o cümlədən də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi də əsas müzakirə mövzusu olacaq.

Hər 3 lider regionun problemlərinin region ölkələri tərəfindən həllini, eləcə də Azərbaycanın təklif etdiyi “3+3” formatını açıq şəkildə dəstəkləyirlər.

Əgər bu üçlük hazırda regionda Qərbin əsas maşası funksiyasını yerinə yetirən Paşinyan Ermənistanını Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasına razı sala bilsələr, bu, Suriya probleminin həlli üçün qurulmuş “Astana prosesi”nin əsas oyunçularının Cənubi Qafqazda Qərb üzərində ilk qələbəsinin rəsmləşməsi demək olacaq.

Yeri gəlmişkən, İran və Rusiya prezidentlərinin Türkiyəyə səfərlərindən sonra Azərbaycan liderinin - növbədənkənar prezident seçkilərində çox böyük səs üstünlüyü ilə qələbə qazanacağı şübhə doğurmayan İlham Əliyevin də Türkiyəyə gedəcəyi, Ərdoğanla görüşəcəyi ehtimalı var.

Xatırladaq ki, fevralın 26-da Türkiyə prezidenti Ərdoğanın 70 yaşı tamam olur və Azərbaycan da ilk dəfə olaraq Xocalı soyqırımının ildönümünü elə Ərdoğanın misilsiz köməyi ilə işğaldan azad edilmiş Xocalının özündə anmaq imkanı əldə edib.

Elxan Şükürlü

Xəbər 461 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +