Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


14.03.2023  12:52 

Tehran niyə yenə gərginlik axtarır?





A+  A-

Martın 11-də Tehran dövlətinə məxsus hərbi təyyarə Azərbaycanla sərhədi boyunca uçuş həyata keçirib. Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında bildirilir ki, hərbi təyyarənin iki ölkə arasında sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdiddir və dövlətlərarası münasibətləri daha da gərginləşdirməyə xidmət edir.

Qıcıqlanmaya səbəb kimi daha çox İsrail faktoru qabardıldı. Xüsusən, İsrailin kəşfiyyat naziri Gila Gamlielinin Azərbaycanda keçirdiyi görüşlər və keçmiş baş nazir Ehud Olmertin Bakı qlobal forumunun panellərində çıxışı zamanı Arazdan cənubdakı siyasi-inzibati ərazini təhdid kimi göstərməsi Tehranda xeyli qıcıq yaratmışdı.

“Al-Mayadeen” sərhəddəki növbəti gərginliyi İsrailin Azərbaycana yardımlarının artması ilə əlaqələndirib. “Aljarida” nın xəbərinə görə, İran kəşfiyyatı İsrailin Azərbaycan ərazisindən qəfil hücumu ehtimalı barədə orduya xəbərdarlıq edib.

“İlluminations” saytında bir gün əvvəl dərc olunmuş məqalədə isə iddia olnurdu ki, hadisələrin məntiqi İsrailin İrana yaxında hücum edə biləcəyini göstərir. İsrail 1967-ci ildəki kimi blitskriqə müraciət edəcək ki, ilk zərbədən sonra düşmənin ciddi müqavimət imkanı olmasın. Bunun üçün Bəsrə körfəzi ölkələri, Azərbaycan və İraq Kürdüstanındakı bir neçə bazadan hücum palnalaşdırlır. “Belə görünür ki, bir qrup F-35 təyyarəsi Azərbaycanda bazaya gəldikdən sonra iranlılar rəsmi Bakıya kəskin siqnal göndərib, bundan sonra Azərbaycan tərəfi İrana hücum üçün platsdarm verməyəcəyini bəyan edib”-deyə nəşr yazır..

Əslində göründüyü kimi, xəbərlərin çoxu feykdir, Tehran rejimi bu feykləri həmişə kimi planlaşdırdığı növbəti gərginlikdən əvvəl özünə bəraət qazandıracaq informasiya fonu yaratmaq məqsədilə xarici proxy media vasitəsilə tirajlayır.

İsrailə məxsus F35 hərbi təyyarələri isə başqa yerdə təlim keçirlər. “The Times of Israel”in yazdığına görə, hazırda Amerika və İsrail ordularının qabaqcıl döyüş təyyarələrini iştirakı ilə Nevadadakı Nellis Hərbi Hava Qüvvələri bazasında iki həftə davam edəcək “Təhlükə işarəsi” adlı hərbi təlim keçirilir.

Arazdan cənubdakı rejimi cəsarətləndirən nədir?

Çin və Səudiyyə amili. Körfəz mediasına məlumat verən mənbə Pekində Çinin vasitəçilyi aparılan Tehran-Ər-Riyad danışıqlarında bütün regionla bağlı bir çox məsələlərin, xüsusən Suriya, Yəmən və Livan mövzularının müzakirə olunduğunu xəbər verir. 7 il əvvəl fəaliyyətini dayandırmış səfirliklərin yenidən açılması, regional məsələlər üzrə anlaşmalar, xüsusən Livanda prezident seçkiləri ilə bağlı və Tehranın dövlət büdcəsinə ciddi yük olan Yəmənlə bağlı razılaşmalar Tehranın əl-qolunu açır.

İsrail müxalifətinin lideri Yair Lapidin fikrincə, Səudiyyə-İran razılaşması İsrail hökumətinin xarici siyasətinin tam və təhlükəli uğursuzluğudur: “Bu, İrana qarşı qurmağa başladığımız regional müdafiə divarının uçmasıdır”.

Rusiya amili. Britaniyanın “Sunday Express” tabloidi məlumat verir ki, İran Rusiyadan alacağı daha çox hərbi dəstək müqabilində ona Ermənistan üzərində zəifləyən təsirini saxlamağa kömək təklif edib..“ Putin Avropaya enerji tədarükünün qarşısını almaq və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün istənilən imkanları pozmaq üçün mümkün olan hər şeyi etməyə çalışacaq”, - deyə politoloq David Eydelman Avropa Yəhudi Assosiasiyasının təşkil etdiyi konfransda bildirib. İki həftə əvvəl “Sunday Express” NATO rəhbərliyinin Rusiyanın Ermənistan silahlı qüvvələrinə Avropanı qazla təmin edən Azərbaycanın eneji ehtiyatlarını nəql edən kəmərə qarşı xüsusi əməliyyatlar keçirmək üçün təlim keçmək planlarından narahatlığı barədə məlumat yaymışdı.

Hindistan amili. Hindistanın Şimal -Cənub dəhlizinin Azərbaycandan yan keçmək şərtilə çəkilməsində maraqlı olduğu iddia edilir. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Dehliyə səfəri zamanı bu məslənin müzakirə olunduğu deyilir. Məlumat verilir ki, Hindistan Süveyş kanalından yan keçməklə Avropaya əlavə ticarət yolları axtarır. Yada salaq ki, bu mövzu Misir prezidenti Əbdülfəttah Sisi və Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və Dehliyə etdikləri səfərlər zamanı da müzakirə olunmuş, Azərbaycan,İran və Hindistanın mövqelərinin uzlaşdırılmasına cəhd edilmişdi.

Türkiyədəki seçkilər və zəlzələ də Tehranı cəsarətləndirən amildir. Rejim Türkiyənin məşğul olduğunu, Azərbaycan məsələsinə məsafəli qalacağını güman etdiyindən indiki məqamı “əzələ nümayişi” üçün ən münasib vaxt sanıb. Amma Türkiyə müdafiə və xarici işlər nazirlərinin çevik reaksiyaları Tehranın növbəti dəfə də yanıldığını göstərdi.

Cəmaləddin Quliyev

Xəbər 575 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +