Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


02.02.2023  10:27 

Rusiyanın tədrici gedişi ilə yaranacaq boşluq necə doldurulur?





A+  A-

Misir prezidenti Əbdülfəttah əs-Sisinin bölgəyə səfərindən əvvəl səfərin məqsədləri, Misirin yeni regional siyasəti və bu siyasətdə Azərbaycanın rolu haqda yazı ilə çıxış etmişdik. Səfər başa çatıb, bu məqsədlərə nə qədər nail olunduğu barədə ümumi qənaətlər bölüşmək olar.

- Əvvələn, səfər formal olaraq Ermənistan prezidentinin dəvətilə baş tutsa da, Misirin bölgəyə marağın artması fonunda gerçəkləşib.

- Bundan sonra Ermənistanın belə təşəbbüslərinə hazır olmaq lazım gələcək. Rəsmi İrəvan Qarabağ konfliktinin bitmədiyi görüntüsünü artırmağa, bu məqsədlə erməni lobbisinin və diasporunun güclü olduğu daha çox ölkənin konfliktlə bağlı danışıqlara cəlb etməyə çalışır.

- Misir diplomatiyasının fəal olmadığı Cənubi Qafqaz və Mərkəzi Asiyaya qəfil açılımı da maraqlıdır. ...Qahirənin indiki fəallığı həm də Ərəb Şərqində nüfzunu bərpa etməyə, Türkiyə və İranı özüylə hesablamağa məcbur etməyə hesablanıb.

-Təbii ki, Sisinin gəlişi sırf siyasi çəki yığma məqsədli səfər deyildi. Azərbaycanın Misirlə ticarət, turizm əczaçılıq neft, aqrar sektorlarda əməkdaşlıq imkanları genişdir.

Qarabağın bərpası layihələrinə maraq göstərilir. Qahirə eyni zamanda Azərbaycanın Avropaya enerji ixracı layihələrində maraqlıdır.Azərbaycanı və Ermənistanı nəqliyyat infrastrukturunda iştriraka dəvət edir.

- Sisi Nyu Dehli və Bakıdakı danışılqlarda Qoşulmama Hərəkatına maraq ifadə edib.

Demək, Bakının Qoşulmama Hərkətanı canlandırmaq təşəbbüsləri effektlidir, bu qurum yenidən beynəlxaq siyasətin mühüm iştirakçısına çevrilir.

- Bölgədə yeni ittifaq arayşlarından biri Hind-İbrahim Birliyi adlanır, 2022-ci ilin iyununda Hindistan, İsrail, Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu qrupun (I2U2) liderlərinin görüş də keçirilmişdi. İ2U2 Bayden administrasiyasının təşəbbüsü ilə bütün dünyada Amerika tərəfdarı ittifaqları canlandırmaq səyləri çərçivəsində yaradılıb.

- Qahirənin yenidən fəal regional siyasətə dönüşü Qərbin maraqlarından kənar deyil. Ola bilsin Qərb də sırf Türkyiənin bölgədə hakim olmasını istəmir, bölgəyə təsir imkanı ola biləcək digər ölkələri də cəlb edir.

- Rusiyanın tədricən bölgədən çəkilməsi ilə yaranan boşluq doldurulmağa çalışılır.

Erməni prezidenti Sisiyə xitabında Misiri regional superdövlət adalndırıb, bu da Azərbaycanın Türkiyəni regional güc kimi təqdimatına alternativdir.

- Səfərin əsas yekunu budur - Misir Türkiyənin son 10 ildə etdiklərini təkrarlamaq istəyir, Qərbdən uzaqlaşmadan yeni qlobal güc iddiasında olanlarla-Hindistan və Rusiya ilə mümkün qədər yaxınlaşır. Amma sonda Qərblə uzlaşır.

Cəmaləddin Quliyev

Xəbər 614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +