Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


09.11.2022  13:23 

“Azərbaycan Laçın yolunda post qurmalı və hərbi...“





A+  A-

"Rusiya sülhməramlı qüvvələri erməni separatçılarını yeni təxribatlara hazırlaşdirir. Ermənistan Azərbaycanla aparılan danışıqları baxmayaraq dövlət sərhəddi istiqamətində növbəti dəfə atəşkəsi pozur. Xüsusilə Vaşinqtonda keçirilən görüşdən sonra, bu təxirbatlar baş verdi. Həmçinin Xocavənddə erməni qanunsuz birləşmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutdu. Rusiya Vaşinqtonda keçirilən görüşə Qarabağda silahlı təxribatla cavab verir".

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Məhəmməd Əsədullazadə verib.

M.Əsədullazdə bildirib ki, Rusiya sülhməramlı qüvvələri bir müddətdir ki, Laçın dəhlizindən erməni silahlı birləşmələrinə silah-sursat təchiz edir, Erməniləri növbəti təxribata sövq edərək real sülh prosesini pozmağı planlayır:

"Ermənistanda sülh müqaviləsində maraqlı deyil. Qeyd edim ki, Ermənistanın müdafiə naziri Suren Papikyan növbəti mühaibəyə hazırlaşdıqlarını vurğulayıb. Demək olar ki, Ermənistan bizimlə şərt dilində danışır. Vaşinqtonda xarici işlər nazirlərinin görüşündə heç bir müsbət nəticə əldə edilməyib. Ermənistan hakimiyyəti 30 il apardığı imitasiya danışıqlarını yenidən davam etdirir.

Ermənistan rəhbərliyi müharibədən iki il keçməsinə baxmayaraq sülh müqaviləsindən ciddi şəkildə yayınır. Azərbayacanla növbəti hərbi eskalasiyada maraqlı görünür. Bundan əlavə, Qarabağda Rusiya hərbiçilərinin müvəqqəti nəzarət etdiyi ərazilərdə silahlı erməni birləşmələrinin təxirbatlarının intensivləşməyi gözlənilir. Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı erməni silahlı separatçılar təxirbatlar etməsi mümkündür. Azərbaycan rəhbərliyi bu təxribataların qarşısını almaq üçün Laçın yolunda post qurmalı və hərbi əməliyyatlar keçirilməlidir.

Prezident İlham Əliyev bununla bağlı Ermənistana və Rusiyaya açıq mesaj verdi. İki il yarımdan sonra Rusiya hərbiçilərinin Qarabağdan çıxarılması tələb ediləcək".

Lalə Zahidqızı
XəzərNews.az


Xəbər 457 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +