Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


01.11.2022  09:51 

Soçi görüşü: Nəticələr bizi qane edirmi?





A+  A-

Azərbaycan ictimaiyyəti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşün nəticələrini müaxtəlif cür təhlil edir. Bəziləri iddaia edir ki, bu görüş Azərbaycan üçün nəticəsiz oldu, bir çoxları da nəticələrin uğurlu olduğu qənaətindədirlər.

XəzərNews.az onların bəzilərini təqdim edir:

Millət vəkili Vüqar Bayramov:

- Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu. Cənubi Qafqazda sülhün əldə edilməsi vahid yanaşma bir daha təsdiq edildi: istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Bunu Ermənistan bir daha qəbul etdi.

Tərəflər sülhün əldə edilməsi yollarını müzakirə etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq münaqişə yoxdur. Münaqişə 2 il öncə həll edilib.
Bu dəfə də Alma-Ata Protokoluna istinad edildi. 21 dekabr 1992-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzladığı bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar.

Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Bu Azərbaycan diplomatiyasının gücüdür.

Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq.

Görüşdə çəkilən şəkillər də çox həqiqətləri deyir.

Politoloq Zaur Məmmədov:

- Soçi görüşündə Nikol Paşinyan ciddi şəkildə mübahisə edib!!!!!!!
Paşinyan yekun Bəyanata Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb.

Sərt reaksiyanı görən Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Lakin onun bu cəhdi də nəticə verməyib.

Politoloq Məhəmməd Əsədullazadə:

- Soçi görüşünü Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirmək olar. Soçi görüşündən əvvəl, Rusiya Xankəndində geniş etiraz aksiyası keçirdi. N. Paşinyan Sülhməramlı qüvvələrin Qarabağda vaxtını uzadacaq sənədə imza çəkəcəyini, V. Putin Qarabağda ermənilərin özəlliyindən danışırdı. Məqsəd Azərbaycana təzyiq etmək idi. Bunların heç biri reallaşmadı.

Zəngəzur dəhlizinin açılması ilə bağlı irəliləyiş var. İctimaiyyətə açıqlanmir. Azərbaycan üçün əsas məsələ Rusiyanın irəli sürdüyü sülh sazişi qəbul edilmədi.

Rusiyanin Cənubi Qafqazda mövqeləri zəifləyir. Bu görüşdə əvvəlki imzalanan sənədlərə sadiqlik vurğulandı.

Jurnalist Azər Həsrət:

- Nə demişdik? Demişdik ki, Prezident İlham Əliyev bu masadan ən azı Azərbaycanın zərərsiz qalxmasını təmin edəcək. Etdi də. Və şəkil də onu deyir.

Alıntıdır: "Birgə bəyanatda bütün problemli məsələləri yalnız BMT Nizamnaməsinə və Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etməyə razılaşdırıldığı bildirilir. Sənəddə Qarabağla bağlı heç bir cümlə yoxdur. Bu, bizim növbəti qələbəmizdir".

Yusif Əli
XəzərNews.az


Xəbər 447 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +