Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


04.08.2022  17:30 

Ermənilər Qarabağda niyə fəallaşır?





A+  A-

"Ermənilərin Qarabağda yerləşən qeyri-qanuni silahlı dəstələri tərəfindən ayın 2-dən Azərbaycanın mövqeləri istiqamətində təxribat atəşləri nəticəsində bir əsgərimiz şəhid oldu".

XəzərNews.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünast Telman Qasımov deyib.

O bildirib ki, Laçın dəhlizinə alternativ yolda Azərbaycan postları olacaq:

"Burada sual yaranır ki, ermənilər nə üçün belə azğınlaşıblar? Bunun bir neçə səbəbləri var. Birinci səbəblərindən biri odur ki, Ermənistanın Təhlükəsizlk Şurasının katibi Armen Qriqoryan bir müddət öncə müsahibə verərək bildirmişdi ki, sentyabrın 1-dən artıq Qarabağda xidmət edən Ermənistan vətəndaşlarının hərbiçiləri birdəfəlik Qarabağı tərk edəcəklər və bundan sonra artıq Qarabağa Ermənistandan hərbçi və əsgərlərin çağırışı dayandırılacaq.

Daha doğrusu, 2020-ci ildən sonra güya köməyə gedən həmin o qüvvələrdir ki, bu günə qədər orada qalıbdır. Təbii ki, bu da ilk növbədə dezinformasiyadır. Çünki bu konflikt yaranandan daim Ermənistan vətəndaşları Qarabağda xidmətdə olublar, oarada yaşamağa köçürülüblər. Ona görə də Armen Qriqoryanın dedikləri növbəti yalandan başqa bir şey deyil.

Onlar 2020-ci ildə ora gedənlər deyil, illər ərzində orada qalmış, xidmət keçmiş Ermənistan vətəndaşlarıdır, hətta onların içində xarici vətəndaşlar da var. Qriqoryanın qeyri-qanuni silahlıların sentyabrdan Qarabağdan çıxarılması ilə bağlı yaxçı-pis nəsə deyir, amma oradakı Ermənistan ordusuna məxsus silah-sursat, hərbi texnika barədə heçnə demir. Halbuki o hərbi texnikalar indi qondarma rejimin "ordusunun" ixtiyarındadır.

Qeyri-qanuni erməni silahlılarının Qarabağdan çıxarılması məsələsi başlamalı idi. Çünki avqustun 2-si Qarabağda postlarda olan həmin o erməni silahlılarını tələmtələsik postlardan aşağı endiriblər və avtobuslara doldurub, Ermənistana daşıyıblar. Onları Azərbaycan ərazisindən çıxardıblar.

10 noyabr üçtərəfli bəyanata görə Laçın dəhlizi bağlanmalı, yeni alternativ yol açılmalı idi ki, Ermənistandan ermənilər Xankəndinə həmin yolla gedib gəlsinlər. Azərbaycan artıq o yolu bitirmək üzrədir, amma Ermənistan tərəfi hələ avqustun 1-dən bu yolun öz tərəflərindəki hissəsində - Zəngəzurun Xarinzor adlandırdıqları kəndindən işləri görməyə başlayıblar.

O yol açılacağı təqdirdə Azərbaycan postları qurulacaq. Bu da bir tərəfdən erməniləri qıcıqlandırır ki, artıq onlar əvvəlki kimi özbaşına bu yoldan istifadə edə bilməyəcəklər. Mütləq şəkildə Azərbaycanın o keçid məntəqələrindən istifadə edəcəklər. Ona görə də dünənki məhz o proseslər, üstəlikdə ki, Xarinzordakı başlanan yol tikinti işləri revanşistləri qıcıqlandırdı və təxribatlara əl atmağa başladılar.

Təbii ki, burada təkcə o revanşistlər deyil, onlara dəstək olan qüvvələr, ölkələr var. Həmin o Zəngəzur dəhlizinin açılması həm Hindistan, həm İran, üstəlikdə Qərb üçün maraqlı deyil. Çünki burada onlar ən çox Rusiyanın qazanacağını, bu yoldan Rusiyanın fayda götürəcəyini nəzərə alıb, həmin o yolun açılmasının əleyhinədirlər. Ona görə də onların dəstəyi və revanşistlərin əli ilə bu cür təxribatlar baş verir".

Xəbər 1252 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +