Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


24.06.2022  14:56 

Bakıda daha bir həyət təmir edilib





A+  A-

IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

XəzərNews.az xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1, Dadaş Bünyadzadə kücəsi 3 və 4 ünvanında 1000 nəfərdən çox sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə müxtəlif idman qurğuları, uşaq meydançaları və şahmat meydançası salınıb. Eyni zamanda, ərazidə söhbətgahlar, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri,müşahidə kameraları quraşdırılıb, binaların fasadvə blokları tam təmir olunub, elektrik sistemi, qaz, su və istilik xəttləri yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı 100 ədədə qədər müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, yaşıllıq zolağı salınıb, daşsarmaşığı və digər sarmaşan birkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb.

Qeyd edilməlidir ki, hava çirkləndirilməsinin azaldılmasında vacib rol oynayan yaşıllıqların ekoloji faydası ilə yanaşı ictimai sağlamlığın qorunması baxımdan da əhəmiyyətini nəzərə alaraq, IDEA şəhər yerlərində, xüsusən həyətlər, istirahət zonaları və təhsil müəssisələrindəki ağacəkmə aksiyaları çərçivəsində “yaşıl səddlərin” yaradılması təşəbbüsünə başlayıb. Yaşıl səddlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə səddlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarlar, söhbətgahlar və binaların üzərində əkilməsi nəzərdə tutulur ki, bunlar iynəyarpaqlı, həmişəyaşıl ağaclarla və digər bitkilərlə yanaşı hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək.

“Bizim Həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Xəbər 868 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +