Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


26.05.2022  19:21 

Belə etməməliydin, Qadir İbrahimli…





A+  A-

Deyir, insan ölümünü duyur. Bunu hər hərəkəti ilə hiss etdirir, hər söhbətində o dünyadan bəhs edir.

Bu gün aramızda yoxluğundan bir həftə keçən jurnalist həmkarımız Qadir İbrahimlinin də ürəyinə dammışdı haqq dünyasına köçəcəyi. Oturub-durub rəhmətlik atası Nadir kişidən danışırdı elə hey, rəhmətlik anasını yad edirdi tez-tez... Sosial şəbəkədə sonuncu statusu da elə anasıyla bağlı oldu: “Onun günüdür, məni dünyaya gətirən gözəl xanımın. Həm də yubileyidir - 85 yaş. Nur içində yat gözəl anam, inşallah axirətdə görüşəcəyik!”

Heç 3 gün çəkmədi ki, görüşdü anasıyla…

Onunla salam-əleykümümüz illərə bağlıydı. O illərə ki, qəzetə də hörmət vardı, qəzetçiyə də. O illərə ki, sözün kəsəri vardı. O illərə ki…

2013-cü ildən isə həm də qonşu olduq əksəriyyətin həsədlə baxdığı “Jurnalistlər binası”nda. Və illərə dayanan salam-əleyk dostluğa, qardaşlığa, ailələrin bir-birinə get-gəlinə çevrildi.

… Bir dəfə söhbət zamanı Qadir hansısa filmdən əzbərlədiyi “Sən kəs” ifadəsini işlədib fikrimi yarımçıq kəsmişdi. Buna görə hətta bir balaca incikliyimiz də olmuşdu. Amma sonra yaxınlaşıb “xətrinə dəyibsə, get şəkil çəkdir” deyərək incikliyi aradan qaldırmışdı.

Uşaqlarımız məktəbə bir getdiklərindən hər səhər onları mən yola salırdım. Və hər dəfə də “Elə rahatam. Arzunu Qalib əmisi yola salır” deyər, “kaş, Əlinin də məktəb vaxtı sizinkilərlə düşəydi, onu da yola salaydın” deyib əlavə edərdi.

Övladlarına çox bağlıydı Qadir. Uşaqlarının uğurlarından, onlarla bağlı arzularından danışanda sevincdən gözləri parlayardı. Qızı Arzu universitetə qəbul olanda sevincdən uçmağa qanadı yox idi. Əlüstü dostları yığıb qonaqlıq vermişdi. “Bu gündən sənin üçün, Rauf üçün, Süleyman üçün də var ha” deyərək övladlarımız ali məktəbə qəbul olanda bizim qədər sevinənlərdən olmuşdu Qadir. Üstəlik, övladı Türkiyədə təhsil alan təcrübəli ata kimi uşaqların orda hər hansı problemlə üzləşməmələri üçün məsləhət və tövsiyələrini verirdi. Və elə görüş də olmazdı ki, uşaqlarımızla maraqlanmasın, Arzunun dərslərindən danışmasın.

Övladlarıyla bağlı arzuları çoxuydu. Amma yarımçıq qaldı…

…Arzunun ali məktəbi bitirib magistraturaya qəbul olunmasını arzulayırdı.

...Əlinin orta məktəbi bitirib tələbə adını qazanacağı günü arzulayırdı.

Amma…

Qadir xəstəliyini bilirdi. Amma dostlarından gizlədirdi. Hər dəfə “həkimə getdin?”, “analizlər necə çıxdı?”, “həkim nə dedi?”, “müalicəyə başladın?” soruşanda bir bəhanə ilə yayınırdı suallardan. Hətta arada “sizi basdırmamış mənə heç nə olmaz” deyib zarafata da salardı.

…Bu gün bir həftədir ki, aramızda yoxsan. Amma bu bir həftədə hər gün bizimləsən. Xatirələrini bölüşürük. Zarafatlarını xatırlayırıq…

Hər dəfə həyətdə gəzəndə istər-istəməz başımızı qaldırıb, balkonuna baxır, bu saat “balkon konuşması” edirmişsən kimi əl yelləyib, axırda da “ay uşaq, gedin o yanda oynayın” deyəcəyini gözləyirik…

…Ölənlə ölmək olmaz. Həyat axarındadır. Davam edir həyat.

Arzu da universiteti uğurla bitirəcək, elə o uğurla da iş karyerasına başlayacaq. Ailə quracaq, oğul-uşaq sahibi olacaq.

Əli məktəbi uğurla başa vurub, yenə o uğurla da universitetə girəcək. Öz ailəsi olacaq, oğluna Qadir adını qoyacaq. Amma bunlar hamısı sənsiz olacaq, Qadir...

…Belə etməməliydin, belə getməməliydin, Qadir İbrahimli…

Qalib İbrahimoğlu


Xəbər 4250 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +