Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


24.01.2022  16:55 

Sabiq İcra başçısı qanunsuz silah saxlayırmış - İTTİHAM





A+  A-

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri müvəkkilinin səhhəti barədə məlumat veriblər.

Müdafiəçilər qeyd ediblər ki, təqsirləndirilən şəxs ağır xəstəlikdən əziyyət çəkir. O, həmçinin bir müddət əvvəl sidik kisəsindən əməliyyat olunub.

Vəkillər Vilyam Hacıyevin məhkəmədə iştirakının çətin olduğunu bildirərək onun proseslərdə onlayn qaydada iştirak etməsi ilə bağlı vəsatət veriblər. Sabiq icra başçısı proses müddətində bir neçə dəfə zalı tərk etmək məcburiyyətində qalıb.

Bundan başqa, təqsirləndirilən şəxsin qəfəsdən çıxarılaraq məhkəmə zalında oturması və həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırılıb.
Məhkəmə qaldırılan vəsatətlərin heç birini təmin etməyib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanuna zidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin V. Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib. V.Hacıyev rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməyib.

Bundan başqa, sabiq icra başçısı tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İttiham aktında qeyd olunub ki, Vilyam Hacıyev İmişli Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunan şəxsdən təyinat müqabilində 70 min manat, Rayon Olimpiya İdman Kompleksinə rəhbər təyin olunan şəxsdən isə 10 min manat pulu rüşvət qismində alıb. Həmçinin, ittiham aktında qeyd olunub ki, sabiq icra başçısı tərəfindən kənd icra nümayəndələrindən və bələdiyyə sədrlərindən himayədarlıq məqsədi ilə rüşvət alınıb.

Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda təqsirli bilinib. Bununla bağlı ona əlavə olaraq Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən sabiq icra başçısı cinayət işi üzrə özünü təqsirli bilmədiyini deyib.

Proses yanvarın 28-də davam etdiriləcək.

Qeyd edək ki, istintaq orqanı tərəfindən toplanmış materiallarla Vilyam Hacıyev barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib. O, həmin ilin mayın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib./Bakupost.az

Xəbər 1155 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +