İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


14.01.2022  11:38 

“Canımdan bezmişəm” - QAPI dalında qalan Qazi...





A+  A-

Məhəmməd Mədədov: “İnsan daha hansı vəziyyətə düşməlidir ki, onu əlill hesab etsinlər?”

İkinci Qarabağ Müharibəsi qazisi, 33 yaşlı Məhəmməd Mədədov Meydan TV-yə danışır ki, 2010-cu ildə ordu sıralarında müddətdən artıq xidmətə başlayıb. 2020-ci ildə gizirlik kursunu bitirib, Gəncədəki N saylı hərbi hissədə gizir rütbəsində xidmətini davam etdirib.

İkinci Qarabağ Müharibəsinə tank komandiri kimi qatılıb, döyüşlərdə iştirak edib. Sentyabrın 30-da isə Xocəvənd istiqamətində gedən döyüşlərdə yaralanıb.

“Oktyabrın 1-də əməliyyat olmuşam, ağ ciyərimin aşağı payında qəlpə olduğu üçün həmin hissə kəsilərək götürlüb. Oktyabrın 19-dan məzuniyyətə buraxılmışam. Mayda Ağciyər İnstitutunda mənə “qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğuluğu” diaqnozu qoylub. Bədənimdə qəlpələr var. Avqustun əvvəli hərbi həkim komissiyasından keçdikdən sonra ehtiyata buraxılmışam. Fiziki işlərlə məşğul ola bilmirəm. Əsasən də təngnəfəslikdən əziyyət çəkirəm, bir neçə addım atanda boğuluram. Bütün bunlara baxmayaraq Tibbi Sosial Ekspertiza Komissiyası mənə əlillik təyin etmir”.

“Canımdan bezmişəm”

Məhəmməd Mədədov Ağstafanın Kolxəlfəli kəndindəndir, ailəsiylə Gəncədə kirayədə yaşayır. Heç yerdən gəliri olmadığına görə dərmanlarını ala, ailəsini dolandıra bilmədiyini deyir:

“Canımdan bezmişəm, hərdən özümü öldürmək həddinə çatıram. Çünki çörəyini, geyimini verə bilmədiyim azyaşlı övladlarımın üzünə baxa bilmirəm. Ehtiyaclarını ödəyə bilməməyim bir tərəfə, xəstə canımla özümü onlara yük kimi hiss edirəm. Hər ay yaxın qohumlar yığışıb ev sahibinə mənim kirayəhaqqı ödəyirlər. Ağstafada ev var, ancaq orada şəhid qardaşımın ailəsi yaşayır. Ev kiçik olduğuna görə bizim orada yaşamaq imkanımız yoxdur”.

Məhəmmədin qardaşı Asif Mədədov da kəşfiyyatçı olub, İkinci Qarabağ Müharibəsində iştirak edib, Şuşa uğrunda döyüşlərdə həlak olub. Məhəmməd deyir, qardaşı sonuncu döyüşə girəndə onunla əlaqə yaradıb və ailəsini ona əmanət edib:

“Dedi, hiss edirəm ki, bu döyüşdən geri yol yoxdur, ən çətin döyüşə giririk, qayıtmasam, balalarım sənə əmanətdir. İndi mənim heç öz balalarıma faydam yoxdur, şəhid qardaşımın balalarına necə sahib çıxım?..”

“Qapı arxasında qaldıq”

Məhəmməd Mədədov dekabrda Bakıda Tibbi Sosial Ekspertiza Komissiyasına gedib. Ancaq deməsinə görə, onu heç kəs qəbul etməyib:

“Anamla getmişdim, dedim, bu qadın şəhid anasıdır, qazi anasıdır. Heç anamın üzünə baxan da olmadı. Axşama kimi qapı arxasında qaldıq, içəri buraxmadılar”.

Tibbi Sosial Ekspertiza Komissiyasından bildirilib ki, Məhəmməd Mədədovun “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyəti Qazax Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında avqustun 30-da qiymətləndirilib. Diaqnoz əlilliyin təyinatı üçün uyğun hesab edilməyib.

Məhəmməd Mədədovsa bu qərarla razılaşmır:

“Ağciyərimi güllə deşib, yarısı yoxdur, nəfəs ala bilmirəm, bədənimdə qəlpələr gəzdirirəm. Ancaq deyirlər, bunlar əlilliyin təyinatı üçün yetərli deyil. İnsan daha hansı vəziyyətə düşməlidir ki, onu əlill hesab etsinlər?”

Məhəmməd Mədədov Prezident İlham Əliyevə müraciət edib. O, ölkə başçısından qazilərin vəziyyətini nəzarətə götürməsini istəyib.

Xəbər 1255 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +