İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


29.12.2021  12:07 

Videosu yayılan qazi haqda - Çətin şəraitdə yaşadığı təsdiqlənib - Rəsmi





A+  A-

Sosial şəbəkələrdə Goranboy rayonunda yaşayan Vətən müharibəsi qazisi Vüsal Quliyevin çətin şəraitdə yaşaması ilə bağlı videomüraciəti yayılıb.

Sözügedən videoda göz yaşları içində danışan qazi rəsmi qurumlar tərəfindən get-gələ salındığını deyir: “Gəlin, bizim yaşamağımıza baxın, gör nə gündə yaşayırıq. Bu, yaşamaq deyil. İcra başçısına yaxınlaşımışam, deyir get sabah gələrsən, birisi gün gələrsən. Bayrama görə ayın-oyun almağa gücüm çatmır”.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo” qazinin vəziyyəti ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov sorğumuza cavab olaraq sözügedən Vətən müharibəsi iştirakçısının çətin şəraitdə yaşadığını təsdiqləyib. Bildirib ki, o, İcra Hakimiyyətinə bir həftə əvvəl müraciət edib: “Vüsal Quliyev müharibə dövründə hərbi xidmətdə olub, döyüşlərdə iştirak edib. Biz də onun haqqında yenicə məlumat almışıq, bizə bir həftə olar müraciət edib. Çox pis vəziyyətdə yaşayırlar. Onun evində olmuşuq. Heç şəxsiyyət vəsiqəsi belə yoxdur. Nəinki özünün, ailəsində heç kimin sənədləri yoxdur. Hərbi biletinin əsasında sənədlərini toplamışıq.

ƏƏSM tərəfindən şəhid ailələri və qazilərə növbə əsasında ev tikilir. Lakin onun sənədləri olmadığına görə növbəyə yaza bilmədik. Ailəsini bizim köhnə xəstəxanada binada müvəqqəti yerləşdirmək istədik ki, sahibkarlara müraciət edək, kimin imkanı varsa, onun ev tikintisinə yardım etsin. Lakin qalmaq istəmədilər. Tapşırmışıq həmin xəstəxanadan salamat vəziyyətdə olan məişət əşyaları- stol, stul, çarpayı və digər əşyalar göndərilib. Dünən ərzaq yardımı etmişik. Həmçinin başqa sahibkarlar da ona ərzaq yardımı, maddi vəsait göndəriblər”.

Qeyd edək ki, Quliyev Vüsal Məhiyəddin oğlu 44 günlük Vətən müharibəsində Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib və müvafiq medallarla təltif edilib.

Xəbər 1392 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +