Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Formu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


05.11.2021  16:44 

Yüksək vəzifələr tutan məmur övladları – FOTO/SİYAHI





A+  A-

Məmurların iş fəaliyyətləri ilə yanaşı onların özəl həyatları, həmçinin ailələri də insanların maraq dairəsində olub, zaman-zaman mediada müzakirə obyektinə çevrilib. Azərbaycanda yüksək vəzifədə olan bəzi məmurların övladları da müəyyən vəzifələrdə çalışırlar.

XezerNews.az Sfera.az-a istinadən həmin məmurlardan bəzilərini təqdim edir:



Eks baş nazir Novruz Məmmədov – Oğlu polis polkovnik-leytenantı İsmayıl Məmmədov bir neçə il əvvələ qədər Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi olub. Lakin 2019-cu ildə sabiq baş nazirin övladı Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin edilib.



AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev - Akademikin övladı Teymur Mehdiyev Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayordur.



Baş nazirin müavini Əli Həsənov – Həsənovun da daxili işlər orqanlarında çalışan oğlu olub. Emin Həsənov əvvəlcə, Binəqədi rayon Polis idarəsinin rəis müavini vəzifəsində olsa da, daha sonra DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmişdi. Lakin bu ilin əvvəlində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Emin Əli oğlu Həsənov vəzifəsindən azad edilib.



Daxili İşlər Naziri Ramil Usubov - Usubovun böyük oğlu Emil Usubov da DİN-də yüksək vəzifə tutur. O, nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayorudur. Nazirin kiçik oğlu polkovnik Raul Usubov Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Onun sonuncu təyinatı 2019-cu ildə olub – Usubov Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov - Onun kiçik oğlu Seymur Talıbov Naxçıvan MR-nın Ali Məclisinin deputatı olmaqla yanaşı, həm də Naxçıvan dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir. Vasif Talıbovun böyük oğlu Rza Talıbov isə Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində təmsil olunur.



Fövqəladə hallar naziri Kəmaləddin Heydərov – Nazir oğlu Tale Heydərov diaspor fəaliyyəti göstərən "Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, "Qəbələ” Futbol Klubunun keçmiş prezidentidir.



Millət vəkili İsa Həbibbəyli – Onun oğlu Səhət Həbibbəyli hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədridir. Deputatın digər oğlu Ərəstü Həbibbəyli isə, Baş nazirin Katibliyinin rəisi, Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli elçi vəzifəsindədir. Bundan öncə o, 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev – Deputatın oğlu polkovnik İsfəndiyar Mehbalıyev Xəzər rayon Polis İdarəsinin rəisi, Qaradağ rayon Polis İdarəsinin rəisi kimi vəzifələrdə olub. Lakin o, bu il Daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub. Qeyd edək ki, İsfəndiyar Mehbalıyev həm də Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.



Millət vəkili Aqil Abbas – Onun oğlu da daxili işlər orqanlarında çalışır. Tuncay Abbasov hazırda Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsindədir.



Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə - Səlimzadənin oğlu Ramil Məcidov Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviridir.
Qeyd edək ki, R.Məcidov uşaqlıqdan babasının yanında böyüdüyü üçün soyadı fərqlidir. O, həmçinin Sumqayıtın icra başçısı Zakir Fərəcovun kürəkənidir.





Xəbər 1049 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +