Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


25.09.2021  14:52 

“DİN, DTX və ya Prokurorluqdan biri zəng edir ki, nazir tapşırıb, yazını çıxardın”





A+  A-

7NEWS.az saytının Baş redaktoru Səbuhi Abbasov ictimaiyyətə və mətbuat nümayəndələrinə müraciət ünvanlayıb. S.Abbasov müraciətində bildirir ki, “vətəndaş, şirkət və ya qurum şikayət edir, işıqlandırırıq, üstündən bir neçə saat keçir, biri zəng edir, deyir nazir və ya rəis tapşırıb, çıxardaq”. S.Abbasovun müraciətini olduğu kimi təqdim edirik:

- Əziz dostlar, dəyərli media nümayəndələri! Xahiş edirəm, sona qədər oxuyun və imkan daxilində münasibət bildirin.

Son 2 ildə maraqlı tendensiya yaranıb. Vətəndaş, şirkət və ya qurum şikayət edir, işıqlandırırıq, üstündən bir neçə saat keçir, DİN, DTX və ya Prokurorluq işçilərindən biri zəng edir, deyir nazir və ya rəis tapşırıb, çıxardaq.

Bunu nəyə görə yazıram. Belə şeylər qabaqlar ildə 1-2 dəfə olurdu, indi az qala həftədə 10 dəfə zəng gəlir. Təsəvvür edin, vətəndaş kərə yağından və ya hər hansı kolbasanın keyfiyyətindən şikayət edir, DİN-dən zəng gəlir ki, strateji məsələdir, rəis tapşırıb, çıxardaq mümkünsə. Söhbət hansı rəisdən gedir, o rəis nazirdirmi, bu da böyük bir sual işarəsi olaraq qalır.

Son bir ildə isə daha təhlükəli tendensiya yaranıb. Bəzi nazirlər, nazir müavinləri, komitə, agentlik rəhbərləri, jek müdirləri, bələdiyyə sədrləri və mediaya ayda azı 3-4 milyon qeyri-rəsmi pul paylayan, bəzi qurum və şəxsləri himayəyə götürənlər DİN, DTX və Prokurorluqda özlərinə yüksək vəzifəli "dost" tapırlar, müəyyən məbləğdə razılaşırlar və nəticədə bu şəxləri himayəyə götürürlər. BU BİRMƏNALI ŞƏKİLDƏ YOLVERİLMIZDİR VƏ XƏYANƏTDİR!!!

Əvvəla bu birbaşa cənab Prezidentə xəyanətdir. Çünki hər hansı problemin mediada işıqlanması və ifşa edilməsi, onun həlli ilə nəticələnir, vətəndaş məmnunluğunu təmin edir. Bu mənada Prezidentin "bütün jurnalistlər mənim köməkçilərimdirlər" kəlməsinin mənasını başa düşmək, hesab edirəm ki, o qədər də çətin deyil. İkincisi, bu cənab Əli Nağıyevə, cənab Vilayət Eyvazova və cənab Kamran Əliyevə qarşı təxribat və xəyanətdir. Təxribatdır, ona görə ki, bu insanlar Prezidentin ən sadiq nümayəndələri kimi, problemin ifşa və həll edilməsində birbaşa maraqlıdırlar. Əgər bu qurumların əməkdaşları hansısa jek müdirinin qanunsuz əməlini ifşa edən yazını çıxartdırırsa, deməli cinayətə ortaq olmuş olur. Xəyanətdir, ona görə ki, vətəndaşı dövlətdən narazı salacaq faktorlara qoşulur, həmrəy olurlar.

Çıxış yolu varmı?!
Bəli, var, həm də ən yüksək səviyyədə. Peşəkar saytlar, zatən qırımızı, sarı, yaşıl zolaqları bilirlər, harda başlayıb, harda dayanmağı təxmin edirlər, dövlət sirri, milli təhlükəsizlik konsepsiyasını nəzəri və praktik olaraq öyrəniblər.
Bu mənada, əgər hər hansı bələdiyyə sədrinin və ya jek midirinin qanunsuz əməllərindən yazmaq, hər hansı komitə, nazirlik, agentlik rəsmisini ifşa etmək strateji təhlükəsizliyimizə ciddi təhdid yaradırsa, bunu yalnız və yalnız qurumun rəhbəri adından RƏSMİ müraciətlə etsinlər. Şəxsən mənimçün yazı çıxarmaq, kiminsə tənqidinə stop vermək problem deyil, ancaq bu rəsmi olsun, qurumun, nazirliyin rəhbəri adından müraciət olunsun, mən də müraciətə adekvat addım atım. Belə olanda cənab nazirlər də bu ciddi prosedən xəbərdar olacaq, birbaşa nəzarəti təmin edə biləcəklər.

Hesab edirəm, bu yeganə çıxış yoludur. Həm ölkə büdcəsini talayan, vətəndaşları narazı salan qurumların qanunsuz himayəsinə son veriləcək, həm də bu qurumların rəhbərlərinin adı zay-zay mövzularda istifadə olunmayacaq.
Bu mənada, 7NEWS.az olaraq qərara gəldik ki, kiçik istisnalar olmaqla bütün qurumlardan yazı silinməsi ilə bağlı daxil olan bütün müraciətlərdən, nazirliyin rəhbərinin imzası ilə RƏSMİ müraciət istəyəcəyik. Ayda 3-5 min alıb, himayə etdiyiniz rüşvətxora, şərəfsizə görə çalışdığınız nazirliyin adını bədnam etməyin!
İslahatlar dönəminə mənfi təsir edəcək bütün proseslərə qarşı birgə mübarizə aparmalı, şəxsi maraqları kənara qoymalıyıq!

XəzərNews

Xəbər 1627 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +