Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.09.2021  12:51 

Lavrovun gizli eşqi üzə çıxdı





A+  A-

Uzun illərdir Rusiya prezidenti Vladimir Putinlə çiyin-çiyinə çalışan Xarici İşlər naziri, 71 yaşlı Sergey Lavrovun gizli eşqi üzə çıxıb. Bununla əlaqədar ölkənin əsas müxalif lideri Aleksey Navalnının komandası hazırladığı materialları ictimaiyyətə açıqlayıb.
XəzərNews.az "Milliyet"ə istinadla xəbər verir ki, Rusiyanın XİN başçısının Svetlana Polyakova ilə gizli eşq yaşadığı iddia edilir. Araşdırma materiallarında Lavrovun Polyakova ilə özəl həyatı, birgə səyahətləri, eləcə də sevgilisinin nazirin vasitəsi ilə əldə etdiyi siyasi güclə bağlı incə detallar yer alıb.

Vurğulanır ki, Sergey Lavrov sevgilisinin lüks həyat məsrəflərini dövlət büdcəsi hesabına qarşılayır. Hətta Lavrovun sevgilisinin 60-dan çox diplomatik missiyada onu müşaiyət etdiyi qeyd olunur. İddialara görə, Polyakova Lavrovla birlikdə Fransa, Sinqapur, Yunanıstan kimi ölkələrə səfərlər zamanı diplomatik missiyada yer alıb.

Peşəsi aktrisa olan Polyakovanın restoran biznesində ad-san qazandığı da bildirilir. Hətta Svetlananın tez-tez xarici səfərlər zamanı Rusiya Xarici İşlər Nazirliyinə məxsus xidməti təyyarədən istifadə etdiyi yazılıb. Bəzi ölkələrdə Polyakovanı Lavrovun həyat yoldaşı olduğunu zənn ediblər.

Eyni zamanda, Sergey Lavrovun sevgilisinin 2014-cü ildən bəri Xarici İşlər Nazirliyində çalışdığı da xüsusi vurğulanır. Onun Rusiya və İngiltərədə 13,6 milyard dollarlıq xüsusi mülkləri, malikanə və yaxtalarının olduğu iddia edilir.

Qeyd edək ki, nazir Sergey Lavrov Mariya Lavrova ilə evlidir və onun Yekaterina adlı bir qızı var.

Xəbər 1817 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +