Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


09.02.2021  15:50 

Azərbaycanda iki vaksinin birgə tətbiqinin sınağına icazə verildi





A+  A-

“8 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılması üçün icazə verib”.
Bu barədə XəzərNews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, bu tədqiqatların cari ilin fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.

Daha əvvəl N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), “AstraZeneca” şirkəti və “R-Pharm" Şirkətlər Qrupu koronavirus vaksininin hazırlanması sahəsində Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabrında əməkdaşlıq haqqında birgə memorandum imzalayıblar.

Dünyada vaksinlərin ilk birgə tətbiqi 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.

Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.

Məlumatda qeyd olunub ki, “Sputnik V” vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır. O cümlədən, bu sxem sayəsində “Sputnik V” vaksininin səmərəliliyi 90%-dən çox olur, bununla belə preparat xəstəliyin ağır hallarına qarşı tam müdafiəni təmin edir. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız “Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir.

“AstraZeneca” şirkətinin vaksini “Vaccitech” şirkəti ilə birlikdə Oksford Universiteti tərəfindən hazırlanıb. Bu şimpanzedə infeksiyaya səbəb olan adi soyuqdəymə virusunun (adenovirusun) zəifləmiş versiyası əsasında şimpanzenin replikasiya qüsurlu virus vektorundan istifadə edir və SARS-CoV-2 (severe acute respiratory syndrome coronavirus 2 – 2-ci növ koronavirusun səbəb olduğu ağır kəskin respirator sindromu) zülalının genetik materialından ibarətdir. Vaksinasiyadan sonra zülalın səthi sintezi baş verir. Bu da, bu virusun ehtimal edilən sonrakı infeksiyası zamanı SARS-CoV-2-yə qarşı immunitet reaksiyasının yaranmasına səbəb olur.

Xəbər 1347 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +