Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


02.02.2021  11:19 

Türkiyədə polis Boğaziçi Universitetinə girdi - 159 nəfər saxlanıldı





A+  A-

İstanbulda Boğaziçi Universitetində tələbələr arasında davam edən etirazlar zamanı 159 nəfər polis tərəfindən saxlanılıb.
XəzərNews.az xəbər verir ki, polis qüvvələrinin Cənubi Kampusundakı aksiyalara müdaxiləsindən sonra 51 tələbə, universitet xaricində aksiyalarda isə 108 nəfər nəzarətə alınıb. Saxlanılan tələbələr Polis Şöbəsinə aparılarkən, bir çox millət vəkili və vəkil dəstək üçün polis bölməsinə gedib. Dünyanın aparıcı sosioloqlarından biri olan filosof Slavoy Jijek sosial şəbəkə üzərindən tələbələrə dəstəyini ifadə edib.

Daha sonra İstanbul bələdiyyəsi saxlanılanlar barədə açıqlama verib: “Boğaziçi Universiteti Cənubi Kampusunun qarşısında təşkil edilən nümayişlərdə bütün xəbərdarlıqlara baxmayaraq aksiyanı bitirməyən 108 nəfər şübhəli və rektorluq binasını mühasirəyə alaraq içəridə olanların binanı tərk etməsinə mane olan və bütün xəbərdarlıqlara rəğmən hərəkətlərindən əl çəkməyən 51 nəfər, ümumilikdə 159 nəfər Respublika Baş Prokurorluğunun təlimatı ilə polis tərəfindən nəzarətə alınıb”.

Qeyd edək ki, AKP-li Melih Bulunun Boğaziçi Universitetinin rektoru vəzifəsinə təyin edilməsindən sonra tələbələr arasında başlayan etiraz aksiyaları bir aydır ki, davam edir.

Ötən həftənin cümə günü isə Boğaziçi Universitetində tələbələr tərəfindən təşkil olunan bir sərgidə üzərində Kəbənin əks olunduğu rəsm nümayiş etdirildikdən sonra iki tələbə nəzarətə alınmışdı.

Həbs olunanların Boğaziçi Universitetinin tələbələri olduğu açıqlanıb.

“Xalqın bir hissəsi tərəfindən qəbul edilmiş dini dəyərləri açıq şəkildə alçaltmaq” ittihamı ilə saxlanılan 3 nəfərdən biri tam sərbəst, ikisi isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdı.

Xəbər 2027 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +