Prezident Patrisiya Skotlendi qəbul edib
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı


21.01.2021  22:47 

Ermənistan bu terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışır





A+  A-

Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar yekunlaşdıqdan sonra Ermənistan tərəfindən Qarabağa göndərilmiş terrorçu qruplar bir neçə təxribata cəhd etmişdilər.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə göndərilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verildi.

Rəsmi məlumatlara görə, saxlanılanların hamısı 26 noyabr 2020-ci il tarixində Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

Bu terrorçu qrupların təxibatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar oldu.

Bəs 10 noyabr bəyanatı və hərbi əməliyyatların dayandırılmasından sonra bu terrorçuların Azərbaycan ərazisinə niyə göndərilmişdi?

Terrorçu-diversantların Azərbaycan ərazisinə keçməkdə əsas məqsədləri təxribatlar törətmək olub. Lakin bu qruplar Azərbaycan güc orqanları tərəfindən tam zərərsizləşdirildi.

Bü gün Ermənistan mediasında müxtəlif fikirlər və ziddiyyətli rəqəmlər səsləndirən rəsmilər həmin terrorçulardan fərqli məqsədlər üçün istifadə etməyə çalışırlar. Bəzi Ermənistan rəsmiləri 62 nəfərin, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri Davi Şahnazaryan 235 nəfərin saxlanıldığını iddia edir. Hətta sosial şəbəkələrdə ermənilərin yazdıqlanlara görə isə 500-dən artıq erməni hərbçi saxlanılıb. Ermənistan rəsmiləri həmçinin onların azad olunmasını istəyirlər.

Bu məsələylə bağlı Azərbaycanın rəsmi mövqeyi nədir?

Azərbaycan müxtəlif rəsmi səviyyələrdə açıq şəkildə bəyan edib ki, Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri “hamını hamıya” prinsipi ilə qarşı tərəfə təhvil verib. Bu gün Ermənistanın azad olunmasını istədikləri şəxslərin isə hərbi əsrlərlə bağlı heç bir əlaqəsi yoxur. Həmin şəxsləri Ermənistan hərbi əməliyyatlar dayandırıldıqdan yəni Noyabr Bəyanatından sonra diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə bu əraziyə göndərilib.

Həmin şəxslərin Azərbaycan ərazisinə müharibə zamanı yox, hərbi əməliyyatlar bitdikdən sonra göndərildiklərini Rusiya rəsmiləri də təsdiq edir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, "noyabrın sonunda erməni hərbçilərindən, bildiyimə görə, çağırışçılardan ibarən böyük bir qrup ora göndərilib və onlar, 62 nəfər, dekabrın əvvəlində əsir düşüblər".

Bəs, bu məsələ beynəlxalq humanitar hüquq normalarına əsasən necə həll olunmalıdır?

Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər. Beləliklə, Ermənistanın manipulyasiya etdiyi və geri qaytarılmasını tələb etdiyi şəxslər hərbi əsir sayıla bilməzlər, onlar diversant və terrorçudurlar və Azərbaycan tərəfi onları məhz bu statusda zərərsizləşdirib.

Xəbər 2083 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +