Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


12.01.2021  08:46 

Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi tam gücləndirildi





A+  A-

Rusiya sülhməramlıları Dağlıq Qarabağda fasiləsiz olaraq vəziyyətin monitorinqini aparır, atəşkəs rejiminə bütün təmas xətti boyu riayət olunur.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Müşahidə postlarında Rusiya sülhməramlıları fasiləsiz olaraq vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Bütün təmas xəttində atəşkəs rejiminə riayət olunur”, - məlumatda deyilir.

Qeyd edilir ki, Rusiya hərbçiləri vətəndaşların Dağlıq Qarabağa təhlükəsiz qayıdışını təmin edir, humanitar yardım göstərir, mülki infrastruktur obyektlərini bərpa edirlər.

Sülhməramlılar təlimlər zamanı müşahidə postlarının qorunması və müdafiəsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

“Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin müşahidə postları hərbi qulluqçuların atıcı silahlardan və qəlpələrdən qorunması, həmçinin yaxın ərazidə dairəvi müşahidənin aparılması üçün nəzərdə tutulan “Blokpost” fortifikasiya istehkamları ilə təchiz edilib”, - məlumatda deyilir.

Xəbər 2464 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +