Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


15.03.2020  15:10 

“Azəriqaz” qarşıdakı 4 gündə xidmətləri məhdudlaşdırır





A+  A-

Məlum olduğu kimi koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 15-dən 20-dək məhdudlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun XəzərNews.az-a verdiyi məlumata görə, dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək.

Bu müddət ərzində "Azəriqaz" İstehsalat Birliyi də qeyd edilən məkanlarda martın 15-dən 20-dək xidmətlərin göstərilməsini məhdudlaşdıracaq. Sabahdan etibarən 4 gün ərzində yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək. Bura yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. daxildir.

Sadalanan xidmətlərlə bağlı vətəndaşların qarşıdakı 4 gün ərzində Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət etmək imkanı olacaq. Martın 15-dən 20-dək bölgələrdə yerləşən "ASAN xidmət" mərkəzlərində də bir pəncərədə eyni xidmətlər göstəriləcək. Digər xidmətlərin göstərilməsi isə bayram günlərindən sonra bərpa olunacaq. Ehtiyac yaranarsa, bu xidmətlərin göstərilməsi "Azəriqaz" İstehsalat Birliyinin və Bakı Regional qazın satışı Departamentinin inzibati binasında da təşkil ediləcək.

Bayram günlərində isə Birliyin Gəncə, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri, Bakı Regional qaz istismar Departamenti və Sumqayıt qaz istismar Sahəsi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Xəbər 1281 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +