Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


01.10.2019  09:41 

“Partlayışdan sonra rəis qaçdı, yerinə mühəndislə çilingər tutulub”





A+  A-

Ötən ilin dekabr ayında 3 azyaşlı uşağın ölümü ilə nəticələnən qaz partlayışına görə təqsirləndirilən mühəndis Əlipənah Əhədovun ailəsi istintaqdan və məhkəmədən narazıdır.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən Anar Əhədov bildirib ki, atası Ə.Əhədovun bu işdə heç bir günahı yoxdur: “Atam həmin idarədə mühəndis işləyib. Oktyabrın axırı məzuniyyətə gedib, dekabrın 6-da işə çıxıb. Həmin ailə isə noyabrın 27-dən dekabrın 5-nə kimi bir neçə dəfə mütəmadi olaraq qəza xidmətinə zəng edərək şikayət ediblər. Lakin onların şikayətinə baxılmayıb. Hadisə dekabrın 8-də baş verib. Bu işdə əsas günahkar olan Masallı üzrə sahə rəisi İdrak Əsədli isə ölkədən qaçıb. Ona qaz sızması olması haqda məlumat verilsə də, heç bir tədbir görməyib. İdrak Əsədli istintaq dövründə ölkədə olub. Martın 10-da isə İrana keçərək qaçıb, martın 18-də ilk məhkəmə iclası olub, martın 28-də keçirilən ikinci məhkəmə iclasında isə atam və çilingər Məhəmməd Nuriyev həbs olundu. Onlar İdrakın qaçmağına görə tutuldular. Bu işdə günahı olan Lənkəran Regional İdarəsinin rəisi Hüseyn Şirinov Tərtərə, Qaz-İstismar İdarəsinin rəisi Ramil Ağayev Biləsuvara, Texniki Təhlükəsizliyin rəisi Elşən adlı şəxs isə Bakıya başqa vəzifələrət təyin edildilər.

Halbuki, hələ məhkəmə prosesi davam edir və gedişat zamanı onlar barəsində də qərar verilə bilər. İdrak isə ölkədən qaçıb və heç kim onu axtarmır, “İnterpol”la axtarışa da vermirlər.

Masallı rayonu üzrə 6 mühəndis var, amma məhz atamı tutmaqları məntiqsizdir. Çünki ərazi üzrə bölgü də olmayıb ki, deyələr bu kəndə atam baxırdı”.

A.Əhədov bildirib ki, 60 yaşlı atası Ə.Əhədov ürək xəstəsidir və bu işə ədalətlə baxılmasını, atasının azadlığa buraxılmasını xahiş edir.

Xatırladaq ki, ötən ilin dekabr ayında Masallının Sığıncaq kəndində baş verən qaz sızması nəticəsində 13 yaşlı Əli Müseyibov, 8 yaşlı qardaşı Məhəmməd Müseyibov və dayısı oğlu 12 yaşlı Sənan Kərimov dünyasını dəyişib.
Bu hadisə ilə bağlı təqsirləndirilən hər üç şəxs işə vicdansız və laqeyd yanaşmaqda ittiham edilir.

Xəbər 1156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +