Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


18.09.2019  13:46 

“Leş mafiyası” ilə bağlı yeni detallar – Güclü himayədarları var





A+  A-

"Leş mafiyası” ilə bağlı "Yeni Sabah”a yeni məlumatlar daxil olub. Bildirilir ki, bu mafiyanın rəhbərlərindən biri Əlifxan Şahverdiyev uzun müddət Sabirabadın Xəlifəli kəndində qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin toplanması, tədarükü və emalı ilə məşğul olub. Bu səbəbdən onu "Leş Əli” adlandırırlar. Əlifxan Şahverdiyev bir neçə gün əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları tərəfindən həbs edilib. Onunla birgə "leş mafiyası”nın başqa bir "tanınmış siması” olan "Leş Tofiq” ləqəbilə tanınan Alıbəy Rzaxanov da tutulub. Əlifxan Şahgəldiyev Xəlifəlidə, Alıbəy Rzaxanov isə Bakının Güzdək qəsəbəsində leş ətlərinin tədarükü və satışı ilə məşğul olub.
Əldə etdiyimiz yeni məlumatlarda bildirilir ki, bu Əlifxan Şahgəldiyevin birinci həbsi deyil. O, bundan əvvəl də həbs edilib. Məsələn, 2017-ci ildə Əlifxan Şahgəldiyevin Xəlfləli kəndindəki evinin həyətindən ümumi çəkisi 600 kiloqram olan leş ət aşkar edilib. Həmin ətlərdən baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürülüb.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən 24 nümunə ət və 1 nümunə daxili orqanda (qaraciyərdə) bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən nümunələrin hamsının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətləri (leş əti) olması müəyyənləşdirilib. Müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Həmçinin aparılan müayinə zamanı 24 ət nümunəsindən 1 nümunənin at, 3 nümunənin xırdabuynuzlu heyvan və 20 nümunənin iribuynuzlu heyvan əti olması müəyyən edilib.

Bu barədə hətta mediada məlumat dərc edilib. Lakin qısa müddətdən sonra Əlifxan Şahgəldiyev azadlığa buraxılıb və yenidən bu işlə məşğul olub. Məlumatlarda bildirilir ki, Əlifxan Şahgəldiyevin yaratdığı dəstənin üzvləri əsasən qohumlarından ibarətdir. Onun bu işlə məşğul olduğu isə bütün rayon camaatına bəllidir. "Onu hər dəfə tutub buraxırlar. Uzun illərdir bu işlə məşğul olur. Rayonda bunu hamı bilir. Amma onun vecinə də deyildi”, - deyə rayon sakinləri "Yeni Sabah”a bildirib.

Görünür, "leş mafiyası”nın güclü himayədarları var. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da saytımıza açıqlamasında bu mafiyanın "uzun əllərə” sahib olduğunu bildirmişdi. Hətta bir neçə il əvvəl "leş mafiyası”nin Bakının 3-cü mikrorayon ərazisindəki tədarük məntəqəsini deşifrə edərkən DİN-dən Eyyub Hüseynova təhlükəsizliyini təmin etmək təklif i gəlib. (yenisabah.az)

Xəbər 1394 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +