Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


26.08.2019  08:56 

Evdəkini çürüdürük, xaricidən “kral“ düzəldirik





A+  A-

"Azərbaycanda gön-dəri istehsalı üçün böyük potensial var. Amma bir neçə il bundan öncə xam dəri məmulatlarının ixrac gömrük rüsumunda artım olub və hər ton üçün 500 dollar gömrük rüsumu tətbiq olunandan sonra bu sahədə müəyyən geriləmə müşahidə edilir".
XəzərNews.az bildirir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli ölkəmizdə gön-dəri istehsalının vəziyyətindən danışarkən Sputnik Azərbaycan-a deyib.

Onun sözlərinə görə, o vaxt xam dəri məmulatlarını ixrac rüsumuna cəlb etməklə dərilərin ölkədə aşılanmasını təşviq etməyə və yerli emal müəssisələri yaratmağa çalışırdılar: "Amma investorların çatışmazlığı, bu sahəyə marağın o qədər də böyük olmaması və rəqiblərin güclü olmasına görə ətraf bazarlar uğrunda mübarizə aparmaq çox çətin idi. Məsələn, Türkiyənin gön-dəri istehsalı sahəsində böyük təcrübəsi var. Yəni birgə müəssisələrin yaradılması, birgə investisiyaların həyata keçirilməsindən sonra gömrükdə dəyişikliklərin olması daha məqsədəuyğun ola bilərdi".

O bildirib ki, bu qərardan sonra dəri ixracatı ilə bağlı ciddi axsamalar müşahidə olunur: "Hər ton üçün 500 dollar gömrük rüsumunun verilməsi bu sahə ilə məşğul olanlara kifayət qədər ciddi problem yaradır və bu, iş adamlarına sərf etmir. Bu qərar verilərkən gözləntilər də hələlik özünü doğrultmayıb.

Yəni yerli emal müəssisələrinin yaradılması, son məhsulun Azərbaycanda istehsal olunması ilə bağlı ciddi dəyişiklik müşahidə olunmur. Sovetin son dönəmində, təxminən 1985-1986-cı illərdə Bərdə və Ağdamda dəri aşılanması və son məhsulun tikilməsi ilə bağlı bir sıra işlər görüldü, amma Dağlıq Qarabağ müharibəsi bu işi də yarımçıq qoydu".

Onun sözlərinə görə, hazırda bu sahədə Dövlət Proqramının qəbul edilməsinə ehtiyac var: "Gön-dəri istehsalı sahəsində dövlətin uzunmüddətli və faizsiz kredit kampaniyası elan edilə bilər. Və yaxud da xarici investorlar, o cümlədən türkiyəli investorlar ilə birgə müəssisələr yaradıla bilər. Dövlət investisiyaları ilə bu məsələ həll oluna bilər. Amma sonradan bu müəssisələr özəl sektora, özəl biznesə uzunmüddətli icarəyə verilə bilər ki, dövlət büdcəsinə əlavə yük kimi düşməsin. Belə bir prinsip ilə Dövlət Proqramının qəbul olunmasına ehtiyac var və kifayət qədər perspektivli sahədir".

"Azərbaycanda həm mal əti, həm qoyun əti kifayət qədər çox istifadə olunur və mal-qaranın dərisi də zay olmamalı, çürüməməlidir. Ondan xammal kimi istifadə etmək üçün imkanları sona qədər dəyərləndirmək lazımdır", - deyə o qeyd edib.

Ekspert deyib ki, indiki şəraitdə sərf edir deyə xaricdən gətirilən ayaqqabılar və dəri məmulatları üstünlük təşkil edir: "Amma xammal bazasının yaradılması, mütəxəssislərin yetişdirilməsi, xüsusilə MDB ölkələrində bazarların tapılması ilə yerli istehsalı ciddi şəkildə inkişaf etdirmək mümkündür. Bunun üçün yeni avadanlıqlar, istehsal sahələrinin qurulması lazımdır və təşviq proqramlarına ehtiyac var".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli isə Sputnik Azərbaycan-a deyib ki, elə məhsullar var ki, onları xaricdən gətirmək daha ucuz başa gəlir və bunlardan biri də gön-dəri məmulatlarıdır: "Bu gün Türkiyədə, Çində gön-dəri sənayesi kifayət qədər inkişaf edib və bu ölkələrin sözügedən istiqamətdə resursları çox zəngindir. Bu ölkələrdə məhsulun maya dəyəri ucuz başa gəlir. Belə bir rəqabət mühitində yerli istehsalı qurmaq çox ciddi dəstək tələb edir. Bizdə dəri tullantıları o qədər də çox deyil və emalı qurmaq üçün xammal bazası azdır".

Xəbər 14857 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +