Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


13.06.2019  10:32 

İşsizlərlə bağlı qaydalar təsdiq edildi





A+  A-

Baş Nazir Novruz Məmmədov “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası” nı təsdiq edib.
XəzərNews.az xəbər verir ki, qayda “Məşğulluq haqqında” qanunun 20.4-cü maddəsinə əsasən hazırlanıb və işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının (bundan sonra – peşə hazırlığı) təşkili qaydasını müəyyən edir. İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) cəlb edilirlər.

Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya Mərkəz tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Xidmət tərəfindən təşkil olunur. Peşə hazırlığı Xidmətin göndərişi əsasında Xidmətin tabeliyində olan təhsil müəssisəsi, qanunla müəyyən olunmuş qaydada fəaliyyətinə lisenziya verilmiş digər təhsil müəssisələrində (bundan sonra – təhsil müəssisələri) təşkil edilir. Peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.

Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.

İşsiz şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur. Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.
Xidmətin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.
İşaxtaranlara və işsizlikdən sığorta ödənişini aldığı dövrdə peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd verilmir.

İşaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır.

Xəbər 1387 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +