Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


17.04.2019  10:43 

Kommunal xidmət limitləri ilə bağlı YENİ QƏRAR





A+  A-

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatlarının rəhbərləri 3 ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlamalı, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
XəzərNews.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nda əksini tapıb.

Qərara əsasən kommunal xidmət göstərən müəssisələr 2 ay müddətində büdcə təşkilatları ilə birlikdə nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Maliyyə Nazirliyi buna uyğun olaraq, kommunal xidmət göstərən müəssisələr tərəfindən sayğac quraşdırılmayan obyektlərə dair siyahı təqdim edildikdən sonra 2 ay müddətində dövlət büdcəsinin imkanları və strateji yol xəritələri üzrə nəzərdə tutulan prioritetlər nəzərə alınmaqla, büdcə təşkilatları üzrə sayğaclaşmanın başa çatdırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Kommunal xidmət göstərən müəssisələrə tapşırılıb ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.

Bu qərarla təsdiq edilmiş Qaydaya uyğun olaraq büdcə təşkilatları və kommunal xidmət göstərən müəssisələr tərəfindən tərtib edilmiş ümumiləşdirilmiş hesabatlardakı məlumatlar arasında fərq olduqda, həmin məlumatların "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixliqərarı ilə yaradılmış Komissiyanın Katibliyində həmin şəxslərin nümayəndələrinin iştirakı ilə araşdırılması təmin edilməlidir. Dövlət Statistika Komitəsinə tapşırılıb ki, büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etsin.

Yeni Qaydanın qəbulu ilə əlaqədar Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” 1998-ci il 13 aprel tarixli qərarı ləğv olunub.

Xəbər 1083 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +