Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


10.03.2019  22:16 

“Qoşqar Təhməzli çirkin əməllərin iştirakçısıdır“ - Eynulla Fətullayevdən ittiham





A+  A-

Haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev ölkə gündəmində hadisə ola biləcək bir iddia ilə çıxış edib.
XəzərNews.az mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq, həmin iddianı təqdim edir:

"Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı - Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır.

Hər səhər, təxminən saat 5.00-dan - 8.00 qədər Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur...

Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir"

Eynulla Fətullayev agentliyin rəhbəri Qoşqar Təhməzlinin fotosunu Facebookda paylaşaraq, altından aşağıdakı ağır cümləni yazıb: "Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı!"



Xəbər 1126 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +