Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


04.03.2019  17:36 

“Planet Parni iz Baku”ya hansı TV-lər niyə qadağa qoyub?





A+  A-

Bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər. Görüş bir çox məqamlarla yadda qalıb. Belə məqamlardan biri də ölkə başçısı ilə “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov arasında söhbətdir.
Tahir İmanov Prezidentə bütün televiziyalar tərəfindən “Planet Parni iz Baku” KVN teatrının əməkdaşlarına efir qadağası qoyulduğunu bildirib. Prezident isə bu məsələdən xəbərsiz olduğunu bildirib və deyib ki, heç kim onlara dövlət səviyyəsində qadağa qoya bilməz, məsələ həllini tapmalıdır. Ölkə başçısı özəl telekanalları da tövsiyə edib ki, belə qadağalardan çəkinsinlər.

Maraqlıdır, hansı TV-lər “Planet Parni iz Baku” KVN teatrının əməkdaşlarına efir qadağası qoyub? Və niyə?

XəzərNews.az bildirir ki, Modern.az məsələ ilə bağlı bir neçə özəl telekanalla əlaqə saxlamağa çalışıb.

“Space” TV-nin icraçı direktoru Kamil Şahverdiyev bildirib ki, onlar kimə qadağa qoymayıblar:

““Planet Parni iz Baku”in tamaşaları uzun müddət “Space” TV-də yayımlanıb, heç bir qadağa olmayıb. Onlar bizdən çıxıb başqa kanallara getdilər, ondan sonra heç bir danışığımız olmayıb. Burada bizdən qaynaqlanan bir problem yoxdur. Yenidən bizə müraciət etsələr baxmaq olar”.

ARB TV-nin mətbuat katibi Ozal İbrahimli bildirib ki, təmsil etdiyi telekanalda Tahir və Cabir İmanov qardaşlarına nə bu gün hansısa qadağa var, nədəki dünən olub:

“Onlardan bizə heç bir müraciət daxil olmayıb. Yaradıcı proses belədir ki, verilişlərin qonaqları mövzulara uyğun seçilir. Mövzu uyğunluğu olarsa, niyə də kanalımıza dəvət olunmasınlar? Ümumiyyətlə, kanalımızda “qara siyahı” anlayışı yoxdur”.

“Xəzər” TV, ATV və “Lider” TV-yə gün ərzində dəfələrlə zəng etsək də, telefona cavab verən işçilər sualımızı eşidən kimi cavab verməkdən yayındılar, əməkdaşlar bizi bir-birlərinin üstünə yönləndirdilər və sonda da telefonları qapatdılar...

Xəbər 1009 dəfə oxunub.




12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +