Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.02.2019  16:21 

Eyni maldan 3 dənə gətirmək olmaz? - Rəsmi açıqlama





A+  A-

Bir neçə gündür sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsi tərəfindən ölkəyə 2-dən artıq eynicinsli malların gətirilməsinə icazə verilməməsi ilə bağlı məlumatlar paylaşılır.
XəzərNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi sözügedən məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Nazirlər Kabinetinin 305 saylı qərarı 2013-cü ildə qüvvəyə minməsinə və qüvvəyə mindiyi andan tətbiq edilməsinə baxmayaraq sənəd şərh edilərkən məhdudiyyətlərin yeni olduğuna dair iddialar irəli sürülür. Halbuki bununla bağlı indiyə qədər DGK tərəfindən onlarla açıqlamalar verilib, reklam çarxları hazırlanıb, hətta gömrük xidmətinin jurnalistlər üçün təşkil etdiyi təlimlərdə bu qərardan ayrıca bəhs olunub.

Ən çox müzakirə edilən məsələ isə qeyri-kommersiya, yəni şəxsi istifadə məqsədilə və 305 saylı qərarda nəzərdə tutulandan artıq miqdarda gətirilən mallarla bağlıdır. Belə ki, istər KİV-də, istərsə də sosial şəbəkələrdə bəziləri qanunvericlikdə nəzərdə tutulandan artıq miqdarda gətirilən malların müsadirə ediləcəyini, bəziləri anbara vurulacağını, bəziləri geri qaytarılacağını bildirirlər. Bu məsələ Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“ haqqında 305 saylı qərarında aydın şəkildə öz əksini tapıb.

Qərarın 1.5 bəndində bildirilir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.

Yəni gömrük sərhədinə idxal nəzarəti zonasından daxil olan hər bir şəxsin gətirdiyi eynicinsli malların miqdarı nəzərdə tutulan miqdardan-yəni 2 ədəddən artıq olarsa, həmin şəxsin hansı mütəmadiliklə xaricə səfər etdiyi, hansı malları gətirdiyi müəyyənləşdirilir. Qanunvericilik miqdardan artıq olan malların kommersiya yaxud qeyri-kommersiya məqsədləri üçün gətirildiyini müəyyən etməyi də xüsusi qaydalar əsasında gömrük orqanına həvalə edib.

Gətirilən malların dəyəri qanunda nəzərdə tutulandan artıq olduqda isə 305 saylı qərarın 2.2 bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.

Yəni malların şəxsi istifadə məqsədilə gətirildiyi müəyyən edilərsə, 3-cü və daha artıq malların gömrük dəyərinə əsasən hesablanan gömrük ödənişi həyata keçirilir və ya gətirlən 1 və ya 2 ədəd malın dəyəri 1500 ABŞ dollarından çoxdursa, ümumi gömrük dəyərindən 1500 dollar çıxılır və qalan məbləğə görə gömrük ödənişləri həyata keçirilir.

Eyni zamanda malların kommersiya məqsədilə gətirildiyi müəyyən edilərsə, həmin mallar akt tərtib edilərək saxlanc anbarına qoyulur və ekspertizanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.

Aparılan araşdırma zamanı o da məlum olub ki, 195 qaynar xətti vasitəsilə sualları cavablandıran gömrük əməkdaşı qanunvericiliyin tələblərinə uyğun olaraq bütün detallarla bağlı düzgün və ətraflı izah verib. Lakin gömrük əməkdaşının verdiyi izahı birbaşa eşitməyənlərin yanlış şərh olunmuş məlumatlarla hazırlanan yazını əsas götürərək gömrük orqanlarının fəaliyyəti haqqında ironik çıxışları naşılıq, qeyri-peşəkarlıqdır və yolverilməzdir. Əks halda görünür bu naşılıq və ya qeyri-peşəkarlığı görməməzlikdən gəlmək, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək onların şəxsi mənafeələrinə daha uyğundur.

Xəbər 945 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +