Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.01.2019  09:38 

Müəllimlərin imtahanında biabırçı NƏTİCƏ





A+  A-

"Riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb".
XəzərNews.az xəbər verir ki, bu sözləri ekspert Qubad İbadoğlu bir neçə gün əvvəl Təhsil Nazirliyinin riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarının nəticələrinə münasibət bildirərkən deyib:

Q. İbadoğlu fənlər üzrə rəqəmləri açıqlayıb:

Biologiya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -51 faiz

İmtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edilən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 51 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90 faiz olub.

İnformatika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -10 faiz

İmtahanda iştirak edən 129 nəfərdən 13 nəfəri təqdim edilən 20 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 10 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 83 faiz olub.

Fizika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar - 6 faiz

İmtahanda iştirak edən 180 nəfərdən 11-i təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 6 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici 95 olub.

Kimya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -5 faiz

İmtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri təqdim edilən 30 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 5 faizi təqdim edilən sualların yarısından çoxunu cavablandırıb və ən yüksək göstərici isə 62 faiz olub.

Riyaziyyat fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar - 1 faiz

İmtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 1 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 63 faiz olub.

Görəsən, bu müəllimlərin dərs verdiyi şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getməzsə, onların arasında keçirilən testin nəticələri necə olardı?"

Xəbər 1022 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +