İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


04.12.2018  11:19 

Rəfail Mehralıyev və müavini Qüdrət Şükürovun aqibətini yaşayacaq?





A+  A-

Bakı Şəhər İcra Hakimiyyəti başçısının dəyişməsi bu qurumda yüksək vəzifə tutan iki nəfərlə bağlı müəmmalı vəziyyətin yaranmasına səbəb olub. Bunlar BŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (MKTD) sədri Rəfail Mehralıyev və onun müavini Vidadi Əliyevdir.
XəzərNews.az AFN-ə istinadən xəbər verir ki, artıq bu iki şəxsin vəzifədən alınacağı, hətta haqlarında cinayət işinin açılacağı ilə bağlı məlumatlar yayılmağa başlayıb. Belə ki, BŞİH-ə rəhbər gətirilən Eldar Əzizovun ilk olaraq Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovu vəzifədən alması, hətta onunla bağlı Respublika Prokurorluğunda cinayət işinin açılması digər məmurlar üçün bir siqnaldır. O cümlədən də MKTD rəhbərliyində təmsil olunan R.Mehrəliyev və V.Əliyevin hədəfdə olduğu bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl R.Mehralıyevin adı ölkədən milyonlarla vəsait çıxaran məmur kimi hallanırdı. Onun Azərbaycandan çıxardığı milyonlarla Çexiyada özünə hotel biznesi qurması müzakirə mövzusu idi. Bildirilirdi ki, departament müdirinin Çexiyadakı biznesinə qardaşı Mübariz Mehrəliyev rəhbərlik edir. “Departament rəhbəri və qardaşının Çexiyadakı biznesi təkcə otelçiliklə bitmir. Belə ki,qardaşlar Çexiyada bir neçə böyük pub bar və restoran da alıblar. Qeyd edək ki, Rəfail Mehralıyevin Çexiyadakı biznesini qardaşı Mübariz Mehrəliyev idarə edir” – deyə yayılan məlumatda qeyd olunur. O da bildirilir ki, qardaşların xaricdəki biznesi Çexiya ilə məhdudlaşmır və Türkiyədə də geniş biznes şəbəkəsinə malikdirlər. Bütün bu məlumatlar çox güman ki, yeni rəhbərliyin də diqqətindədir və yaxın günlərdə adıçəkilən məmurun və onun Azərbaycanda qeyri-qanuni milyonlar əldə etməsində əsas ortağı olan müavini Vidadi Əliyevin sonu yaxındır.
Vidadi Əliyevin isə yol verdiyi nöqsanlar təkcə R.Mehrəliyevlə əlbirlik deyil, onun hələ köhnə başçının vaxtından Bakı RİH-lərdə öz adamlarını yerləşdirməsi də zaman-zaman müzakirə və narazılıq mövzusu olub. “Bu yolla onun da həddən artıq böyük varidata sahiblənməsi, özünü oliqarx kimi hiss etməsi nəinki vəzifədən olmasına, hətta cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər” – deyə məlumatlı mənbə saytımıza bildirib.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Xəbər 1372 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +