İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


08.10.2018  10:28 

“Qələt eləmişəm” - Qızını erməniyə verən sədr + Video





A+  A-

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin adı daha çox qalmaqallarda hallanan sədri Ağadadaş Kərimov “Nar bayramı”nda təxribata əl atıb.
XəzərNews.az Diaspor.az-a istinadən xəbər verir ki, A.Kərimovun Azərbaycan mədəniyyətinə həsr olunmuş “Qranat” ümumşəhər “Nar bayramı” ilə bağlı keçirdiyi tədbirdə qarşıdurma yaranıb. “Nar bayramı”nın Kərimov tərəfindən Azərbaycan adına layiq şəkildə keçirilməməsi həmyerlilərimiz tərəfindən haqlı olaraq etiraza səbəb olub.

Tədbirdə Ermənistanla bağlı bəzi eksponantların nümayiş olunması azərbaycanlılar tərəfindən qəzəblə qarşılanıb. Bununla yanaşı, Azərbaycan dəyərləri adı altında keçirilən tədbirdə Azərbaycan bayrağı və Azərbaycana aid heç bir eksponatların nümayiş olunmaması həmyerlilərimizin təəccübünə səbəb olub.

Kərimovun bu tədbiri erməni diaspor təşkilatları ilə birlikdə həyata keçirməsi məlum olduqdan sonra həmyerlilərimiz sivil şəkildə öz etirazlarını bildiriblər. Yeni imic formalaşdırmaq naminə Rusiyadakı azərbaycanlılar arasında nüfuz qazanmağa çalışan Kərimovun erməni və separatçı təşkilatlarla birlikdə “Nar bayramı” adlı tədbir keçirməsi ifşa olunub. Bu addımına görə həmyerlilərimizin tədbir zamanı tənqidinə tuş gələn diaspor sədri bütün planlarının ifşa olunduğunu gördükdə provakasiyaya əl atıb. Belə ki, o, erməni əqidədaşları ilə birlikdə birləşərək tədbirdə iştirak edən azərbaycanlıları uzaqlaşdırmağa çalışıb. Eyni zamanda, separatçı təşkilat nümayəndələrini köməyə çağıraraq erməni diaspor nümayəndələri ilə birlikdə azərbaycanlıları təhqir edərək öz çirkin tədbirinin əsl mahiyyətini üzə çıxarıb.

Daha sonra hadisə yerinə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağıran Kərimov tədbir iştirakçısı olan azərbaycanlıların həbs olunmasını tələb edib. Amma buna baxmayaraq, həmyerlilərimiz sivil şəkildə etiraz etdiklərini bildiriblər. O, tədbirdə dəfələrlə təxribata əl atsa da, onun bu cəhdləri uğursuz olub. Tədbir Kərimovun yaxın dostları olan erməni və separatçıların Azərbaycan əleyhinə səsləndirdikləri şüarla sona çatıb.

Xatırladaq ki, A. Kərimov bir müddət əvvəl qızını erməni oğlana ərə verdikdən sonra azərbaycanlıların qəzəbinə tuş gəlmişdi. O, erməni ilə qohum olduğuna görə qürur hissi keçirdiyini bildirmişdi. Eyni zamanda, Qarabağ haqqında səsləndiyi fikir isə ictimaiyyətdə birmənalı qarşılanmamışdı. O, qarabağlı olmadığını və buna görə də, Dağlıq Qarabağda döyüşməyi düzgün hesab etmədiyini vurğulamışdı.







Xəbər 1470 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +