Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.10.2018  09:45 

Kredit borcunu qaytarmayanlar həbs oluna bilərmi?





A+  A-

“Son zamanlar fərdi sahibkarların və hüquqi şəxslərin rəhbərlərinin aldıqları bank kreditinə görə hüquq-mühafizə orqanlarına dəvət edilmələri haqda məlumat var. Hətta onlara qarşı cinayət işlərinin açılması, bəzilərinin həbs edildiyi də deyilir”.
XəzərNews.az xəbər verir ki, bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov sosial şəbəkədə yazıb. O qeyd edib ki, kreditin qaytarılmamasına görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə bilməz: “Yalnız kreditin qaytarılması haqda qüvvəyə minmiş məhkəmə aktını qərəzli icra etməyən (yəni sübut edilmiş imkan ola-ola borcu ödəməyən) kəs məsuliyyət daşıyır (imkan yoxdursa, həmin şəxs özünü müflis elan edə bilər).

Bunun üçün isə kreditor (bank) əvvəlcə məhkəmədə iddia qaldırıb qüvvəyə minmiş məhkəmə qətnaməsi əldə etməlidir. Son zamanlar açılan cinayət işləri isə qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan açılır. Belə ki, Cinayət Məcəlləsində “Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə” adlı 195-ci maddə var. Borclu sahibkarlar yalnız bu maddə ilə məsuliyyətə cəlb oluna bilər. Həmin maddəyə əsasən 2 növ cinayət tərkibi mövcuddur.

1) hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən hüquqi şəxsin, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin alınması;

2) hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən kreditdən təyinatı üzrə istifadə edilməməsi.

Hər iki tərkibin bir vacib əlaməti də var- ziyanın vurulması: xeyli miqdarda (100000 manatadək) olduqda 2 ilədək, külli miqdarda (100000 manatdan artıq) olduqda isə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Beləliklə, sahibkar və ya hüquqi şəxsin rəhbəri yalnız o halda kreditə görə cinayət məsuliyyətinə cəlb edilə bilər ki, krediti almaq üçün banka qəsdən yalan məlumat verib (məsələn, maliyyə göstəricilərini şişirdib), yaxud da kreditdən təyinatı üzrə istifadə etməyib (məsələn, Azərbaycanda sahibkarlıqla məşğul olmaq əvəzinə Gürcüstanda daşınmaz əmlak alıb). Təbii, hər iki halı mütləq sübut etmək lazımdır. Bu, nəinki asan deyil, əksər hallarda bank rəhbərlərini çox çətin vəziyyətə qoyur.

Çünki açıq-aşkardır ki, onlar da borc alanlarla ya əlbir olublar, ya da ən azı vəzifələrini vicdanla icra etməyiblər. Axı necə ola bilər ki, sahibkar peşəkar bankirə yalan məlumat versin, sonuncu da onu yoxlamadan kredit versin? Axı qanunvericiliyə əsasən yoxlamalı idi. Və ya necə ola bilər ki, peşəkar bankir illər öncə sahibkara verdiyi kreditin təyinatı üzrə xərclənmədiyini yalnız indi bilsin? Axı qanunvericiliyə əsasən kreditin istifadəsi vaxtaşırı monitorinq olunmalı idi.

Mən hələ onu demirəm ki, əksər hallarda kredit müqavilələrində kreditin təyinatı qeyri-müəyyən (ümumi sözlərlə, məsələn, “dövriyyə vəsaitlərinin artırılması”) ifadə olunur. Deməli, sahibkarlarla yanaşı bankirlərə də cinayət işi açılmalıdır. Amma nədənsə hələlik belə işlər birtərəfli (sırf sahibkarlara qarşı) xarakter daşıyır. Bu da sahibkarlara özlərini müdafiə etmək üçün geniş imkanlar açır.

Nəhayət, sözügedən maddədəki cinayət tərkibləri böyük ictimai təhlükə törətməyən (xeyli miqdarda ziyan vurulduqda) və ya az ağır (külli miqdarda ziyan vurulduqda) cinayətlərə aiddir. Bu isə o deməkdir ki, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən birinci halda şəxs cinayət məsuliyyətinə cinayətin törədildiyi gündən 2 il keçdikdə, ikinci halda isə 7 il keçdikdə cəlb edilə bilməz. Özü də həmin müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Yəni məsələn, hazırda barəsində cinayət işi açılan şəxsə dair hökm böyük ehtimalla 2019-cu ilin ortalarından tez qüvvəyə minməyəcək. Kreditlər isə illər əvvəl götürülüb, deməli, ehtimal edilən cinayət də o zaman baş verib.

Birmənalı olaraq 2 ildən çox keçib, yəni 100000 manatadək məbləğlər üzrə müddət çoxdan ötüb. Əksər hallarda bu kreditlər 2012-ci ilədək götürülüb, yəni 7 il də ötüb. Bu isə o deməkdir ki, hətta 100000 manatdan çox məbləğlər üzrə də müddət ötüb. Bu isə cinayət məsuliyyətini istisna edir”.

Xəbər 1054 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +