Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


08.08.2018  19:26 

“Lotu Quli”nin adamları Ukraynada güllələndi





A+  A-

Qazaxıstanın güc strukturları azərbaycanlı “vor zakon” Nadir Səlifovun (“Lotu Quli”nin) kriminal klanının öz nüfuz dairəsini Qazaxıstana yaymaq cəhdinin qarşısını alıblar. Qazaxıstan KİV-ləri xəbər verir ki, DİN və MTK-nın Akmola vilayəti ərazisində birgə həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində odlu silahın və narkotik vasitələrin qeyri-qanuni saxlanmasında şübhəli bilinən Azərbaycan vətəndaşı, 1986-cı ildə anadan olmuş Əliyev Orxan Qulu oğlu saxlanılıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, aparılan axtarış zamanı onun üzərindən 8 gülləsi olan 1 tapança, 1 qumbara və içərisində kokain narkotik vasitısi olan bükümlər aşkarlanıb. Fakt üzrə Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 187.3 və 296.3 maddələri ilə istintaq araşdırması aparılır.

Məlum olub ki, Orxan Əliyev keçmiş sovet məkanının kriminal dünyasının liderlərindən biri olan “vor zakon” Nadir Səlifovun emissarıdır. Orxan Əliyev Qazaxıstana 2018-ci ilin iyul ayının 5-də gəlib və ona ölkədə Səlifovun nəzarəti altında olacaq gizli cinayətkar dəstə yaradılması və azərbaycanlı millətindən olan iş adamlarına onun qəyyumluğunun sırınması tapşırlıb.

Saxlanıldığı ana qədər Orxan Əliyev Astana, Akmola, Kostanay və Şimali Qazaxıstan vilayətlərində azərbaycanlı sahibkarlarla bir sıra görüşlər keçirib və onları mütəmadi olaraq “xərac” verməyə məcbur edib.

2013-2015-ci illərdə xüsusi xidmət orqanlarının genişmiqyaslı əməliyyatı nəticəsində ölkədə kriminal dünyanın nümayəndələrinin fəaliyyətinin neytrallaşdırılmasından sonra bu, Qazaxıstanda kriminal aləmin ilk belə iri aksiyasıdır.

O vaxt transmilli cinayətkar cəmiyyətlərin yaradılması, onlarda iştirak və maliyyələşdirilməsi ittihamları ilə 59 kriminal element mühakimə olunmuşdu. Mühakimə olunanlar arasında həmin dəstələri himayə edən hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri də vardı. Bir sıra “vor zakon”lar beynəlxalq axtarışa verilib ki, onların arasında M.Canqveladze (“Merab Suxumski”), K.Kolbayev (“Qamçı”), S.Əhmədov (“Samara”) da var. Bu şəxslər “kriminal kassa”nın yığımı üzrə cinayətkar fəaliyyətə bilavasitə rəhbərliyi həyata keçiriblər.

Beləliklə, Qazaxıstan praktiki olaraq oğru dünyasının nümayəndələrindən təmizlənmiş, onların yerli cinayətkar mühitə təsiri minimuma endirilmişdi.

Qeyd edək ki, son günlər Ukraynada da əsl kriminal müharibə başlayıb. Burada “Lotu Quli” ilə Oleq Bakinskinin kriminal klanları toqquşub. “Razborka”ların nəticəsində Azərbaycan vətəndaşları Salman Əsgərov və Davud Ağayev öldürülüblər.

Bundan başqa, ötən həftə Ukrayna Milli Polisinin əməkdaşları tərəfindən “Lotu Quli”nin bir neçə ildir beynəlxalq axtarışda olan daha bir köməkçisi Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.

Xəbər 2226 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +