Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


29.05.2018  11:16 

Cənub Qaz Dəhlizi bizə nə verəcək? - İqtisadçıdan AÇIQLAMA





A+  A-

"Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına çıxara biləcək".
XəzərNews.az xəbər verir ki, bu sözləri Cənub Qaz Dəhlizinin işə düşməsi ilə bağlı danışarkən iqtisadçı alim Vüqar Bayramov deyib.

"Cənub Qaz Dəhlizi Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. Uzunluğu 870 kilometr olacaq Trans Adriatik Qaz Kəməri (TAP) "Şahdəniz” yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. TAP layihəsinin əsas mənbəyi "Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Beləliklə, Azərbaycan artıq öz qazını birbaşa, Rusiyadan kənar Avropa bazarına çıxara biləcək”, - ekspert bildirib.



İqtisadçı qeyd edib ki, dəhlizin reallaşmasından qazanan tərəflər qonşu Türkiyə və Gürcüstandır:

"Türkiyə TANAP-a sahib olmaqla, TAP-a da "ev sahibliyi” edəcək, ölkənin bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı yaranacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 40 milyard dollar sərmayənin yarıdan çoxu Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldilib. İlkin qiymətləndirmələrə əsasən, ölkəmizin "Şahdəniz” yatağının birinci və ikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq. "Şahdəniz” yatağının ehtiyatları bu gün 1,2 trilyon kubmetr həcmində qiymətləndirilir”.



V.Bayramov vurğulayıb ki, Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyinə müsbət təsir göstərəcək, həm də Qərbin Rusiyadan mavi yanacaq asılılığını azaldacaq:

"Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu rəqəm 20 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu o deməkdir ki, "Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq”.

Qeyd edək ki, bu gün Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilir.

Xəbər 1332 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +