Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.01.2018  11:07 

“Məndən o öpüşləri gözləmə” - Aygünün cavabını verdi





A+  A-

Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Tünzalə Ağayeva arasında yeni qalmaqalın təməli qoyulub.
XəzərNews.az xəbər verir ki, dəfələrlə tədbirlərdə salamlaşmayan, bu barədə mətbuatda xəbərləri dərc edilən hər iki məşhur arasında soyuq müharibəyə start verilib.

Ağayeva mətbuata bir müddət əvvəl Kazımova ilə münasibətinin normal olduğunu desə də, ötən gün "ATV maqazin onlarla" verilişində xalq artistinə sərt bir şəkildə ismarıc yollayıb. Əməkdar artist həmkarına salam verməməyinin səbəbini də izah edib:

“Qarşı tərəfdən nə görürəmsə, eyni layiqli cavab verirəm. Mənə olan sayğı və sayğısızlığı qarşılıqsız qoymamışam. Hər şey qarşılıqlıdır. Mənə qarşılıqlı hörmət qoyursa, öpərək gözümün üstünə qoyuram. Qarşılıq yoxdursa, məndən o öpüşləri gözləməyin. Detallara girməyi sevmirəm. Özünə pop ulduz deyən insan başqalarını özünə borclu saymasın. Heç kim! Hər kəs bir yol keçir, çətinlikləri dəf edir. Tünzaləni Allah bu səhnəyə gətirib, kiminsə 15 balı gətirməyib.

Simvolik bir jüri olub. Orada başqaları da otura bilərdi. Orada əyləşən artistlər Tünzaləyə rəy bildirməli idilər. Və mənə mümkün deyildi ki, onlar mənə 1 bal versinlər. “Bakı Payızı”nda yanımda duran rəqiblərə baxanda mənə 10 bal verməli idilər, başqa variant yox idi. Onu əlində bayraq etməyin heç bir məntiqi yoxdur”.

Bu məqamda bildirək ki, Tünzalə sözügedən proqramın "Hit parad" rubrikasında Kazımovanın əzəli düşməni Natavan Həbibini birinci edib.


Xəbər 1560 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +