Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


10.01.2018  15:01 

“Azadinform“ İnformasiya Agentliyinin 19 yaşı tamam oldu





A+  A-

Azərbaycanın ən çox oxunan informasiya agentliklərindən biri olan “Azadinform”un 19 yaşı tamam olur.
“Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyevin sözlərinə görə, agentliyin xəbər siyasətində, informasiyanın təqdimatında hay-küyə yer yoxdur:

“Bütün bu illər ərzində çalışmışıq ki, xəbər istehsalında qərəz, digər neqativ hallara yol vermədən fəaliyyət göstərək. Digər tərəfdən də biz ölkənin inkişafına, dövlətçiliklə bağlı məsələlərdə mövqeyimiz sabit olub və düşünürəm ki, bundan sonra da belə olacaq. Çalışmışıq ki, biz oxucunun arxasınca yox, oxucunu öz arxamızca gətirək. Prinsip etibarı ilə medianın işi bu olmalıdır. Biz yarananda 3-4 sayt var idi. O saytlardan bəziləri sıradan çıxıb. Ondan sonra bir çox saytlar əmələ gəlib ki, onlar da cəmiyyətdə kifayət qədər nüfuz toplayıb. Biz də bunlarla sağlam rəqabət şəklində ayaqlaşmağa çalışırıq. Düşünürük ki, fəaliyyətimizi bundan sonra da bu günə kimi qurduğumuz kimi davam etdirəcəyik".

"Mən baş redaktor olmaqla yanaşı həm də oxucuyam" deyən Niftiyev düşünür ki, bu illərdə bir qüsur etməyiblər: "Düşünürəm ki, bundan sonra da belə davam edəcəyik", - deyə Niyaz Niftiyev vurgulayıb.

XəzərNews.az xatırladır ki, Azadinform İnformasiya Agentliyi 1999-cu ilin yanvarın 10-dan fəaliyyət göstərir. İA-nın yaradılmasında məqsəd beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Azadinform İnformasiya Agentliyi Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Azadinform İnformasiya Agentliyinin xəbərləri həm Azərbaycan, həm rus, həm də ingilis dillərində e-poçt vasitəsilə Azərbaycanda fəaliyyət göstərən KİV-lərə (bura əyalət mətbuatı da daxildir), hökumət və qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə göndərilir.

Azadinform İnformasiya Agentliyinin abunəçiləri arasında dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli özəl şirkətlər də var.

Azadinform İnformasiya Agentliyinin xəbərləri ölkə KİV-lərinə təmənnasız göndərilir.

Xəbər 1225 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +