Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


06.01.2018  15:14 

Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi başlandı - RƏSMİ





A+  A-

Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi itkin düşən alpinistlərlə bağlı birgə məlumat açıqlayıb.
XəzərNews.az-ın xəbərinə görə, Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, 23 dekabr 2017-ci il tarixdə “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində qalxan “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunmaqla axtarışa başlanılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, N.Bunyatov, B.Hüseynov və F.Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində “Tufandağ” zirvəsinə qalxmaq məqsədilə rayonun Quba rayonunun Xınalıq kəndindən “Şahdağ” Milli parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Dağlıq ərazi və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.

Xəbər 1371 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +