Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


29.12.2017  09:46 

Azərbaycanın strateji valyuta ehtiyatları 5 milyard dollar artıb





A+  A-

Azərbaycanın strateji valyuta ehtiyatları 5 milyard dollar artıb.
XəzərNews.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13.3% (5 mlrd.$) artmış və 42.6 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 32% artaraq 11 ayın sonuna 5.2 mlrd. ABŞ dolları təşkil edib.

Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti ilə və valyuta girovu ilə verilmiş kreditlərin qaytarılması olub.

2017-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi yaxşılaşıb. Tədiyə balansının 2015-2016-cı illərdəki kəsiri 2017-ci ilin 9 ayında 1,4 mlrd. ABŞ dolları həcmində profisitlə əvəzlənib. Cari əməliyyatlar hesabında ÜDM-in 3.8%-i səviyyəsində profisit qeydə alınıb. Bu profisitin bərpası yalnız neftin dünya bazarlarında 2 qiymətinin artımı ilə bağlı deyil.

Makroiqtisadi korreksiya ilə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsinin 36% ucuzlaşması və diversifikasiya tədbirləri nəticəsində son bir neçə ildə mal və xidmət idxalının əhəmiyyətli azalmasına paralel olaraq qeyri-neft ixracının genişlənməsi cari hesabın yenidən profisitə çıxmasını təmin edib. Əmtəə idxalı 3.5% azalmış, qeyri-neft əmtəə ixracı isə 31.3% artıb.

Ticarət balansı ilə yanaşı, xidmət balansında da pozitiv meyillər müşahidə edilir. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri 2.5 dəfə azalmış, turizm xidmətlərində müsbət saldo yaranıb. Kapitalın və maliyyənin hərəkəti balansı da profisitli olub, birbaşa və portfel investisiyalar üzrə müsbət saldo digər investisiyalar üzrə kəsiri tam örtüb.

Xəbər 887 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +