Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


08.12.2017  16:34 

Oqtay Əsədov: “Türkiyə bu sınaqdan şərəflə çıxdı”





A+  A-

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclasında iştirak edib.
Milli Məclisin mətbuat xidmətindən XəzərNews.az-a verilən xəbərə görə, iclası Qazaxıstan Məclisi sədrinin müavini Gülmira İsinbayeva açaraq üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Qırğızıstan parlamenti - Joqorku Keneşinin sədri Dastanbek Cumabekov ötən müddət ərzində Qırğızıstanın bu təşkilatdakı fəaliyyəti, görülən işlərdən söhbət açıb.

Oqtay Əsədov çıxış edərək bildirib ki, 2016–2017-ci illərdə TürkPA-nın üzvü olan ölkələrin siyasi həyatına təsir göstərən bir sıra hadisələr baş verib:

"Ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd edilib. Türkiyə dövləti bu sınaqdan şərəflə çıxdı. Hər bir məsələdə olduğu kimi, bu çətin məqamda da Azərbaycan Türkiyə xalqının yanında oldu".

O. Əsədov deyib ki, bu il Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasının doqquz ili tamam olur: "Bu müddət ərzində birgə səylərimiz TürkPA-nın ciddi siyasi çəkisi olan beynəlxalq təşkilat kimi formalaşmasına imkan yaradıb. Ötən dövrdə TürkPA-nın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən tədbirlər öz bəhrəsini verib. Təşkilatımız bir sıra nüfuzlu beynəlxalq qurumlarda, o cümlədən Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə müşahidəçi statusu alıb, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində qonaq qismində iştirak etməsi barədə razılıq əldə edilib. TürkPA Avropa Parlamenti və MDB-nin Parlamentlərarası Assambleyası ilə əməkdaşlıq edir. İki həftə bundan əvvəl TürkPA-ya Asiya Parlament Assambleyasında müşahidəçi statusu verilib".

Şura iclasında gündəlikdəki bir sıra digər məsələlər də müzakirə edilib.

Sonra parlament nümayəndə heyətləri Bişkekdəki “Ana-beyit” xatirə kompleksini ziyarət edib, repressiya qurbanlarının və böyük qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsini anıblar.


Xəbər 1036 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +