Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


30.11.2017  11:57 

Gömrükdə necə işləmək olar? - Qaydalar açıqlandı





A+  A-

“Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilib.
XəzərNews.az xəbər verir ki, qaydaları Baş nazir Artur Rasizadə təsdiqləyib.

Attestasiyanın keçirilməsinin əsas məqsədləri kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi, vəzifəli şəxslərin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi və digət kriteriyalardır. Attestasiya zamanı hər bir vəzifəli şəxsin işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı müəyyən edilir.

Gömrük orqanlarında hər bir vəzifəli şəxs 5 (beş) ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilir.

Attestasiyanın keçirilməsi qaydasına görə, attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiya komissiyasının tərkibini sədr təsdiq edir.

Attestasiya komissiyasının üzvləri tərəfindən vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına və qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan vəzifəli şəxslərə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Vəzifəli şəxslər attestasiyadan keçirilərkən, onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən vəzifəli şəxslərin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

Vəzifəli şəxslərin fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən vəzifəli şəxslərin iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.

Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən vəzifəli şəxs tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan vəzifəli şəxslər attestasiyadan keçərkən, səsvermədə iştirak etmirlər. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra vəzifəli şəxsə bildirilir.

Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ayrı-ayrı vəzifəli şəxsin qazandığı müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xüsusi rütbəsi aşağı salınmış vəzifəli şəxsin ştat üzrə vəzifədən asılı olmayaraq öz əvvəlki xüsusi rütbəsinə bərpa olunması, xidməti fəaliyyətlə bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan vəzifəli şəxsin aşağı vəzifəyə, eləcə də digər vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar sədr tərəfindən qəbul edilir.

Xəbər 1233 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +