Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


17.11.2017  14:09 

Siyavuş Novruzov: “Müdafiə naziri parlamentdə hesabat versə...”





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında “Prokurorluq haqqında” qanuna dəyişikliklər müzakirə edilib.
XəzərNews.az-ın məlumatına görə, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev sənəddə istintaq sirrləri istisna olmaqla, bütün digər işlər barədə Baş Prokurorluğun məlumat verməsi barədə müddəa əksini tapmasını təklif edib.

“Baş prokuror, yaxud heç olmasa prokurorluğun bir nümayəndəsi ildə bir dəfə Milli Məclisin plenar iclasında gəlib məlumat verməsi barədə bənd əlavə edilsə, yaxşı olar”.

Deputat Siyavuş Novruzov isə bildirib ki, hesabatlılığın olması ümumi işin faydasınadır.

“Bizim Konstitusiyada da göstərilir ki, hökumət parlament qarşısında hesabatlıdır. Lakin digər maddə də var ki, güc strukturları hökumətə daxil deyil, yalnız Ali Baş Komandan qarşısında hesabat verir. Təsəvvür edin ki, müdafiə naziri parlament qarşısında ümumi vəziyyət barədə hesabat verir. Onu hərə bir cür mətbuata açıqlayacaq. Ona görə də müharibə şəraitində buna ehtiyac yoxdur”.

Deputat Çingiz Qənizadə də deyib ki, parlamentin hökumətin tərkibində olmayan qurumlara nəzarət etməsi düzgün olmaz.

Qeyd edək ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Dəyişiklikliyə əsasən, baş prokuror istintaq edilən cinayət işləri haqqında Azərbaycan Prezidentinə məlumat verməyəcək.

Qanunun hazırda qüvvədə olan 44-cü (Azərbaycan dövləti başçısının məlumatlandırılması) maddəsində deyilir: “Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan dövlətinin başçısına – Azərbaycan Respublikasının Prezidentinə prokurorluğun fəaliyyəti haqqında məlumat verir”.

Maddədə edilən dəyişikliyə əsasən, məlumatlar istintaq edilən cinayət işləri istisna olmaqla, veriləcək.

Layihədə bildirilib ki, Azərbaycan Konstitusiyasına müvafiq olaraq Azərbaycan dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, İcra hakimiyyətini Azərbaycan Prezidentinə mənsubdur, Məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri həyata keçirir.

Azərbaycan Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla vahid mərkəzləşdirilmiş orqandır. Konstitusiya bu orqanın qanunvericilik və İcra hakimiyyəti orqanlarından hər hansı asılılığını istisna edir. Bundan əlavə, "Prokurorluq haqqında" qanunun 43-cü və 44-cü maddələrinin mətnində söhbət nəzarətdən deyil, məlumatlandırmadan gedir. Avropa Şurasının "Korrupsiyaya qarşı dövlətlər qrupu" (GRECO) "Prokurorluq haqqında qanunun bu müddəalarına diqqət yetirərək belə bir dəyişikliyi təklif edir. Dəyişikliyin əsas məqsədi qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər 1054 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +