Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


13.10.2017  11:35 

Ukrayna deputatları da Azərbaycana qarşı – AŞPA-da





A+  A-

Bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı müzakirəyə çıxarılan iki hesabat üzrə qətnamələrin qəbuluna ölkəmizlə tərəfdaşlıq və əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilən Ukraynadan olan deputatlar da səs verib.
Həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs verənlər arasında Ukrayna deputatlarının olması təəccüblü görünür.

Nədən ki, bu günlərdə (oktyabrın ilk günləri) Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Azərbaycanda səfərdə olub, oktyabrın 3-də Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən danışılıb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident İlham Əliyev bildirib ki, əsas məsələlərdən biri iki ölkənin imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasından, ixrac-idxal əməliyyatlarının genişləndirilməsindən və mümkün investisiya layihələrinin müəyyənləşdirilməsindən ibarətdir.

Dövlət başçısı nəqliyyat sahəsində də əməkdaşlığın önəmini qeyd edib.

Pavlo Klimkin son yarım ildə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artığını vurğulayıb.

Ukraynanın xarici işlər naziri yüksək səviyyədə keçirilən görüşlərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib?! O, Azərbaycan prezidentinin Ukraynaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirib.

Xarici işlər nazirləri yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələrini yüksək qiymətləndirib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlığın qurulduğunu, BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, həmçinin regional təşkilatlar olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və GUAM çərçivəsində bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görünür, nazirlər oktyabrın 11-də Ukrayna deputatlarının AŞPA-da Azərbaycana qarşı xəyanətindən xəbərsiz olublar. Və yaxud da Cənab Klimikin Azərbaycanlı həmkarının başının altına yastı qoyub.

Qeyd edək ki, həmin qətnamə 117 lehinə, 18 əleyhinə olmaqla qəbul edilmişdi.

Xatırladaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmin qətnamələri sərt tənqid etmişdi: “Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır" sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər”.

Samir Əli
XəzərNews.az


Xəbər 1630 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +